Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan Dövlət Aqrar Universitetində 17 minlik rüşvət qalmaqalı – maliyyə rəisi ilə rektorun adı keçir…

Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir vəzifəsini tutmaq üçün müsabiqə elan edilib. TİA.Az xəbər verir ki, seçki şərtləri də açıqlanıb.

Belə ki, kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

Bu qaydalara uyğun olaraq həmin kafedranın professoru, texnika elmləri doktoru Qabil Məmmədov və “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası üzrə dosent Aydın İsayev müsabiqədə iştirak ediblər.

İddialara görə, reformist bir şəxs olduğuna görə rektorluq tərəfindən Q.Məmmədova qarşı qısqanclıq var. Ona görə hansısa elmi şuraların üzvü olmasına həmişə maneçilik törədilib. İkinci namizəd A.İsayev isə elmdən uzaq bir şəxs kimi tanınır. Onun əsas məşğuliyyəti ticarət olub. Məlumata görə, bazarlarda ayaqqabı satan kimi tanınır.

A.İsayev ekspert şurasında orta məktəb səviyyəsində olan elementar suallara cavab verə bilmədiyinə və işində olan nöqsanlara görə Ali Attestasiya Komissiyasının kollegiyasının 20.02.2007-ci il tarixli (protokol № 07-K) qərarı ilə ona texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilib. Lakin İsayevə məlum olmayan səbəbdən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Bildirilir ki, kafedranın 10.11.2021- ci tarixli iclasında professor Q.Məmmədov kafedra əməkdaşlarının müsbət səs çoxluğunu qazanıb. Lakin sonra iclas təşkil edən rektor İbrahim Cəfərov A.İsayevi təyin etdirib.

Bu haqda gundelik-baku.com yazıb ki, ortalıqda 17 000 manatlıq rüşvət alınması var. Sayt iddia edir ki, rüşvətin verilməsində A.İsayevin yaxın qohumu, Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov iştirak edib.

Bu infomasiya ADAU-nun Mühəndislik fakültəsinin professor-müəllimi heyəti adından yayımlanıb. Yazıda adı keçən tərəflərin ittihamlarla bağlı mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Sahil Babayev həbs edilə bilər - 1000 nəfərin imzasıyla prezidentə, Baş Prokurorluğa, və  DTX-ya müraciət edildi

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları

“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz

Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır - Onun adı Rusiya kəşfiyyatına işləyənlər arasındadır

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi

Maqsud Mahmudov tanınmış müğənnini videolarla şantaj edib

Ən çox oxunanalar