Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Beynəlxalq Məhkəməni Ermənistana qarşı tədbir görməyə çağırıb

Haaqadakı BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması barədə” beynəlxalq konvensiyanın pozulmasına dair Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı dinləmələr davam edir.

PİA.az xəbər verir ki, dinləmələrin ikinci günü Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı bir sıra tədbirlər görməyə çağırıb:

- Ermənistan Azərbaycan ərazilərində erməni hərbçiləri və yaxud Ermənistan rəhbərliyi, nəzarət etdiyi və ya maliyyə dəstəyi verdiyi başqa qanunsuz silahlı qruplaşmaların basdırdığı minaların çevik, təhlükəsiz, səmərəli təmizlənməsi, o cümlədən Azərbaycan ərazisindəki yerüstü minaların yerləşməsi və xüsusiyyətlərinə dair əhatəli və dəqiq məlumat verilməsi bütün lazımi addımları atmalıdır

- Ermənistan Azərbaycan ərazisində yerüstü minalar basdırmaq, bu işə dəstək vermək və ya sövq etməklə azərbaycanlıların həyatına təhlükə yaratmağa dərhal son qoymalıdır

- Ermənistan bu ölkədə fəaliyyət göstərən təşkilatların, o cümlədən VOMA-nın azərbaycanlılara qarşı irqi nifrətçiliyi və ya irqi zəmində zorakılığı təbliğ etməsinin qarşısını almaq üçün bütün lazımi addımları atmalıdır

- Ermənistan azərbaycanlılara qarşı milli zəmində xəbərdar olduğu, o cümlədən Azərbaycanın məlumatlarında göstərilən cinayətlərlə bağlı ittihamlara dair dəlil-sübutlar təqdim etməlidir.

Nazir müavini bildirib ki, Azərbaycan hökuməti daha əvvəl Ermənistan tərəfi ilə sözügedən məsələlərə dair uzun müddət danışıqlar aparsa da, bu danışıqlar qarşı tərəfin mövqeyi səbəbindən nəticəsiz qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar