Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Beynəlxalq Bankı, “Azər Türk Bank” və “Azərsığorta” niyə İnvestisiya Holdinqinə verildi?

Prezident İlham Əliyevin ötən gün sentyabrın 22-də imzaladığı sərəncam ilə üç maliyyə qurumu - Azərbaycan Beynəlxalq Bankı, "Azər Türk Bank" və "Azərsığorta" İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankın (ABB) zərərli aktivləri milyardlarla ölçülürdü. 2017-ci ildə ABB-nin 9.93 milyard manat dəyərində toksik aktivini dövlət alıb, likvidlik dəstəyinin göstərilməsi üçün ona 1.3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirib. ABB 2020-ci ili böyük mənfəətlə başa vurduğunu açıqlayıb. Bankın hesabatına görə, qurum ötən il 129 milyon manat xalis mənfəət əldə edib.

Dövlət bankı "Azər Türk Bank"a gəlincə, bu il iyulun 1-nə onun aktivləri 335.4 milyon manat olub. İkinci rübdə bank 448 min manat xalis mənfəət əldə edib ki, bu da ötənilki göstəriciyə nisbətən çoxdur.

Məsələyə, hələlik, sözügedən maliyyə qurumlarından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, Azərbaycan Beynəlxalq Bankında vaxtilə çox ciddi problemlər olub: "O vaxt dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı ki, ayağa qalxsın, sonra çıxardaq satışa. Amma keçən bu dövr ərzində Beynəlxalq Bankın fəaliyyəti buna imkan vermirdi".

Komitə üzvünün fikrincə, buna görə bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: "İnvestisiya Holdinqi, yəqin ki, özəlləşmə məsələsinə də baxacaq. Bu, özəlləşmə məsələsi İnvestisiya Holdinqinə verilmiş digər maliyyə qurumlarına da aiddir".

İqtisadçı Natiq Cəfərlinin isə deyir ki, bir müddət əvvəl deyilib ki, bir plan hazırlanıb və ona uyğun olaraq dövlət aktivləri hissə-hissə İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək: "Bundan öncə də biz bəzi dövlət şirkətləri ilə bağlı buna bənzər qərarları gördük. Təəssüf ki, bu qərarların icrasının hansı dəyişikliklərə yol açdığını görmədik. Bununla bağlı hökumətin açıqlaması yoxdur".

Bununla belə o qeyd edib ki, sözügedən üç maliyyə qurumunun idarəetməsinin İnvestisiya Holdinqinə verilməsi gözlənilən idi: "Çünki bütün dövlət aktivləri gec-tez həmin Holdinqə veriləcək. Amma dövlətin bu aktivləri son vaxtlar gəlirlə işləyən aktivlərdir. Düzdür, Beynəlxalq Bankda çox ciddi yeyintilər baş verdi. Lakin dövlət bəzi tədbirləri görərək bankın balansını xeyli təmizlədi və hazırda müsbət tendensiya var".

Onun fikrincə də, bunun əsas hədəflərdən biri həmin bankların ya qismən, ya da tam özəlləşməyə çıxarılması ilə bağlıdır: "Bu ilin sonu və ya gələn ilin əvvəllərində ABB-də və "Azər Türk Bank"da olan dövlət səhmlərinin satışa çıxarılması mümkündür. Bir çox beynəlxalq qurumların da buna marağı var".

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar