Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Türkiyə və İran parlamentlərinin sədrləri görüşüb - Yenilənib, Foto

Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub...

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə 13-cü Plenar Sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq, bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib. Həmçinin, parlament sədrlərinin üçtərəfli formatda görüşünün qanunverici orqanlar arasında münasibətlərdə rolu diqqətə çatdırılıb.

Daha sonra regionda mövcud olan vəziyyətlə bağlı fikirlər səsləndirilərək, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq lazımdır.

Azərbaycanın öz torpaqlarını 30 illik Ermənistan işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yarandığı qeyd olunaraq, regionda daimi sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

***

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərliyi ilə Türkiyə, Azərbaycanİran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib.

APA xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Görüş Antalyada keçirilən Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.

TBMM sədri Mustafa Şəntop bidirib ki, regional məsələlərin həllində bölgə dövlətlərinin öz aralarında dialoqu davam etdirməsi vacibdir.

Şentop parlamentarilər tərfindən bu cür danışıqların daimi struktura çevrilməsinin vacibliyini bildirib.

O, xarici işlər nazirləri səviyyəsindəki görüşləri bu istiqamətdə öndə olan addım kimi qiymətləndirib:

“Üç qardaş ölkənin parlament sədrləri olaraq bir araya gəlməyimiz regionda sülh, sabitlik və əmin-amanlığın gücləndirilməsində ortaq iradəyə malik olduğumuzu göstərir”.

Azərbaycan-Ermənistan məsələsinə toxunan Şentop Türkiyənin Azərbaycanı dəstəklədiyini, həmçinin Ermənistanla normallaşma prosesinə başlanıldığını xatırladıb.

“Biz regional və qlobal sülhün bərqərar olması üçün qüvvələrimizi birləşdirməliyik. Bu yanaşma həm də bizim regiondakı problemlərin qarşılıqlı dialoq və əməkdaşlıq əsasında həll edilməsinə dair baxışımızdır. Əslində bizim regional normallaşmaya baxışımız heç bir kənar müdaxilələrin olmamasını təmin etməkdir. Bunun reallaşması üçün regionda əlavə gərginlik, etibarsızlıq və tərəddüd yaradacaq addımlardan qaçmaq daha məqsədəuyğundur. Buna nail ola bilməsək, növbəti tarixi fürsət boşa çıxacaq”, - deyə Şəntop vurğulayıb.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslami Şura Məclisinin sədri Qalibaf da üçtərəfli formatın davam etdirilməsini dəstəkləyiblər.

Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.

09.01.2023

Azərbaycan, Türkiyə və İran parlamentlərinin sədrlərinin görüşü olub.

APA xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Görüş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar