Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-ın “Qarabağ məsələsinin nizamlanması yollarının axtarışı çərçivəsində yaxın gələcəkdə Azərbaycan, RusiyaErmənistan arasında üçtərəfli sammitin keçirilməsi mümkündürmü?” sualına cavab olaraq bildirib.

O, üçtərəfli görüşün olacağını istisna etməyib.

“Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik.

Xarici işlər naziri Sergey Lavrov mayın 12-də Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində AzərbaycanErmənistandan olan həmkarları ilə görüşüb. Danışıqların gedişində Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrləri müzakirə olunub”, - diplomat vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar