Çərşənbə, 26 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

AZAL prezidentinin ailəsinə pul çatdıran adam məhkəməyə çağırılır

Məhkəmə araşdırması davam edir

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov və vəkilləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun xanımına pul çatdırdığı iddia olunan Fuad Əliyevin məhkəmədə dindirilməsini istəyir. Bunu vəkillər İlqar İsmayılovun məhkəməsində bildiriblər.

Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva 2011-ci ildə “İdeal Company”yə şərik olandan sonra şirkətdə onun nümayəndəsi Fuad Əliyev olub. İlqar İsmayılov deyir ki, şirkətdən gəlirləri də həmtəsisçi kimi, Zərifə Əliyevaya əksəri hallarda nümayəndəsi çatdırırdı. Ona görə də adıçəkilən şəxsin məhkəmədə dindirilməsində israrlıdılar.

2021-ci ilin aprelindən həbsdə olan İlqar İsmayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır. İş adamı Zərifə Həmzəyeva ilə şərik olduğu dövrdə şirkətin kassasından 680 min manat götürüb, öz ehtiyaclarına xərcləməkdə ittiham olunur.

Cinayət işinin materiallarına İlqar İsmayılovun kassadan ittihamda bəhs olunan vəsaitləri çıxarmasının sübutu olaraq, məxaric qəbzləri əlavə edilib. Həmin qəbzlər məhkəmədə araşdırılanda məlum olub ki, ikisindən başqa digər qəbzlər kserosurətdir, üzərində İlqar İsmayılovun imzası, möhür də yoxdur.

Vəkillər vurğulayıb ki, həmin məbləğlərin İlqar İsmayılov tərəfindən çıxarılması alt sənədlərlə də təsdiqini tapmır.

Elan edilən sənədlərdən o da məlum olub ki, “Premium Bank”dan 2012-ci ildə (o dövrdə “SilkWayBank” adlanırdı) bankdan 2012-ci ildə İlqar İsmayılovun adına götürülən kredit müqaviləsi üzrə ödənişlər 18 mart 2013-cü ildə başa çatıb. Lakin ittihamda yazılıb ki, İlqar İsmayılov 2014-2015-ci illərdə şirkətin ümumi kassasından pul götürüb, öz adına olan krediti ödəyib.

Vəkillər bildiriblər ki, bu sənədlər İlqar İsmayılova qarşı ittihamın əsassız olduğunu sübut edir.

İttihamda yazılıb ki, İlqar İsmayılov 2013-cü ilin iyun ayında – artıq Zərifə Həmzəyeva ilə şərik olduğu dövrdə şirkətin kassasından 280 min manat götürərək, “Şəhər Bağları” MTK-dan mənzil alıb.

Vəkillər bildirib ki, ittihamdakı bu hissə də təsdiqlənmir. Bu məsələ ilə əlaqədar məhkəmədə şahidlər dindirilib və onlar bildirib ki, İlqar İsmayılov mənzili 280 min manata yox, 1 milyon manata alıb. Üstəlik, kassadan 280 min manat çıxarılsığını sübut edən qəbzin də əsli yoxdur, sadəcə, kserosurətdir.

Vəkillər bu sənədin ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıb.

İlqar İsmayılova qarşı ittihamlardan biri də budur ki, ümumi yığıncaq keçirilmədən, şirkətin mənfəətini təkbaşına xərcləyib. Məhz bu məsələyə görə vəkillər Fuad Əliyevin dindirilməsini istəyir.

Müdafiəçilər deyir ki, mənfəətin şirkətin şəriki Zərifə Həmzəyevaya çatıdırılmasında birbaşa onun nümayəndəsi Fuad Əliyev iştirak edib. Bu səbəbdən onun dindirilməsi zəruridir.

Məhkəmə araşdırmaları davam edir.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb.


Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.“Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir.(Meydan TV)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi vəfat edib - Təfərrüat, Yenilənib

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - Yenilənib

“Moskva ildırımsürətli hücum hazırlayıb, hədəf paytaxtı tutmaqdır..” 

Qərb ölkələri Ukraynadan diplomatlarını çıxarır... - Böyük müharibənin astanasındayıq?..

"Putinin yerinə olsaydım, Ukraynanı çoxdan ələ keçirərdim" - Kadırov

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçılara və terrorçulara pul ayırır - Azərbaycan isə susur?..

DGK əməkdaşları ilə əlaqədar 20-yə yaxın korrupsiya faktı aşkar edildi

10 minlərlə şagirdi saxta məlumatlarla “zəhərləyənlər” kimlərdir? - Sensasion faktlar

Ən çox oxunanalar