Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL İnvestisiya Holdinqinin idarəetməsinə verildi... - Qiymətlərdə dəyişikliklər olacaq?..

Prezidentin sərəncamından sonra davamlı olaraq tənqidlərə məruz qalan AZAL-ın fəaliyyətində hansı dəyişiklər gözləmək olar?..

İqtisadçı-ekspert: “Problem artıq o səviyyəyə çatıb ki, bir gündə AZAL həm İnvestisiya Holdinqinə daxil edildi, həm də bu quruma nəzarəti həyata keçirəcək Müşahidə Şurası yaradıldı”.

“Növbəti addım səlahiyyətin və məsuliyyətin doğru bölüşdürülməsi məsələsi olmalıdır. Bu zaman idarəetmədə optimal həll yollarını tapmaq mümkün olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu, Prezident İlham Əliyevin dünən imzaladığı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb. Prezidentin digər sərəncamı ilə AZAL-ın Müşahidə Şurası yaradılıb və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Müşahidə Şurasının sədri təyin edilib.

Bəs bu sərəncamdan sonra davamlı olaraq tənqidlərə məruz qalan AZAL-ın fəaliyyətində hansı dəyişiklər gözləmək olar? Xüsusən monopoliya və qiymət siyasətində müəyyən dəyişikliklərin olmasına ehtimal vermək olar?

AZAL-ın bundan sonrakı fəaliyyətini PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Növbəti addım səlahiyyətin və məsuliyyətin doğru bölüşdürülməsi məsələsi olmalıdır”.

Dövlət şirkətlərinin qeyri-rentabelli işləmələrinin əsas səbəbinin izafi xərclərin yüksək olduğunu xatırladan ekspert PİA.az-a bildirib ki, xərc istiqamətləri şişirdilirdi və nəticə etibarilə ziyanla işləyirdilər. Məsələn AZAL-ın timsalında biletlərin qiyməti yüksəlirdi, inhisarçılıq meyilləri artırdı:

“Əslində İnvestisiya Holdinqinin yaranmasında ilkin məqsəd odur ki, bütün dövlət şirkətləri ziyanla işləməkdən, izafi xərclərdən, dövlətdən dotasiya almaqdan qurtulsunlar və müəyyən gəlirlə çalışsınlar. Dövlət şirkətlərinin qeyri-rentabelli işləmələrinin əsas səbəbi izafi xərclərin yüksək olmasıdır. Yəni xərc istiqamətləri şişirdilirdi və nəticə etibarilə dövlət şirkəti ziyanla işləyirlər. Məsələn AZAL-ın timsalında biletlərin qiyməti yüksəlirdi, inhisarçılıq meyilləri artırdı. Bu əslində korrupsiya şəbəkəsidir və şirkətin rentabelli çalışmasının qarşısının alınması üçün ilk növbədə bu şəbəkə kənarlaşdırılmalıdır.

Problem artıq bu səviyyəyə çatıb ki, bir günün içində AZAL həm İnvestisiya Holdinqinə daxil edildi, həm də Müşahidə Şurası yaradıldı. Amma bir məsələ açıq qalıb. Növbəti addım kimi burada məsuliyyət və səlahiyyət bölgüsü necə həyata keçiriləcək. Əgər Müşahidə Şurası yaradılıbsa, idarəetməyə nəzarəti Müşahidə Şurası həyata keçirəcəksə və Müşahidə Şurasında AZAL rəhbərliyinin nümayəndələri təmsil olunmursa, bu zaman AZAL prezidentinin, onun müavinlərinin, ümumi idarəetmə şəbəkəsində hansı hüquqları olacaq? Onlar hansı qərarların verilməsində iştirak edəcəklər? İcra orqanı olaraq onlar qərarların yerinə yetirilməsində məsuliyyət daşıyacaqlarmı?

Bütün bunlara görə növbəti addım səlahiyyətin və məsuliyyətin doğru bölüşdürülməsi məsələsi olmalıdır. Bu zaman idarəetmədə optimal həll yollarını tapmaq mümkün olacaq”.

Nərminə UMUDLU

pia.az


Etiket: AZAL


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar