Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad olunmuş ərazilərə gizli keçən şəxslər həbs edildilər

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərə qanunsuz daxil olaraq dəmir tullantıları yığan şəxslər həbs ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, idarələrində olan avtomobillə Talış kəndi ərazisinə gizli yollarla daxil olaraq, orada metal tullantıları toplamağa cəhd göstərən şəxslər aşkar ediliblər.

Həmin şəxslərə saxla işarəsi verilsə də, onlar polisin qanuni tələbini yerinə yetirməkdən yayınaraq idarələrində olan avtomobillə qaçmağa cəhd göstəriblər.

Keçirilmiş tədbirlərlə həmin şəxslər saxlanılıb. Araşdırmalarla onların Fəqan Mirzəyev və Əli Ağalarov olduğu müəyyən olunub.

Adıçəkilən şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və qərara əsasən hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar