Bazar, 17 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

PİA.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar NazirliyiDövlət Sərhəd Xidməti nümayəndələri iştirak ediblər. Azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı (2020-ci il 10 noyabr tarixindən bugünədək 5 430 hektar ərazi təmizlənib, 24 925 ədəd mina və PHS aşkar edilib, cari il ərzində isə 4 854 hektar ərazi təmizlənib, 14 884 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib) barədə məlumat təqdim edilib.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunan məlumata əsasən cari ilin sentyabr ayının 1-23 tarixlərində Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 hektar ərazi təmizlənib, 91 ədəd PHS aşkar edilib. Cəbrayıl, ZəngilanFüzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 hektar ərazinin təmizlənməsi bitmək üzrədir. Bu sahələrdən 1628,626 ha ərazi təmizlənib, 427 ha ərazi isə təmizlənməli ərazidir.

Ümumilikdə 12 014 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib. Müdafiə Nazirliyinə verilmiş yeni layihə olan Ağdam rayonu “Xaçınarx 1” və “Xaçınarx 2” kanalı, eləcə də subartezian quyularının təmizlənməsi əməliyyatlarına başlanılması nəzərdə tutulub. Fövqəladə Hallar Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə 13 sentyabr tarixində məlumatların təqdim olunduğu qeyd edilib. Şəxsi heyətin fərqli ölkələrdə təlim keçməsi səbəbindən ANAMA tərəfindən onların uyğunlaşdırma təliminə cəlb edilməsi, eləcə də FHN-nin 38 əməkdaşının Agentlik tərəfindən təlimlərdən sonra akkreditasiyadan keçirilməsi bildirilib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunan məlumata əsasən, ümumilikdə 286 hektar ərazi təmizlənib, 2 976 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Müdafiə Nazirliyi tərəfindən təmizlənmiş ərazilərin məlumatları və koordinatlarının ANAMA-nın İnformasiya şöbəsinə dolğun və uyğun şəkildə ötürülməsinə dair müzakirələr aparılıb. Süni intellektdən istifadə edərək mina sahələrinin müəyyən edilməsi mövzusunda fikir mübadiləsi aparılıb, qeyd edilib ki, xarici şirkət tərəfindən təqdim olunmuş dronlar artıq test edilib və sahədəki yersəthi və yeraltındakı həm plastik, həm də metal minaların aşkar olunmasında, minalı və şübhəli sahələrin müəyyən olunmasında öz təsdiqini tapıb. Gün ərzində hava şəraitindən asılı olaraq 150-200 hektar ərazinin çəkilişini edir, çəkilmiş ərazinin emalı isə 4-5 gündən sonra xəritə üzərində təyin edilir.

Əhalinin təmizlənmiş ərazilərə köçəcəyi dövrdə mina və partlayıcı sursatların təhlükəsinə dair yarana biləcək risklərin azaldılması məqsədilə görüləcək işlərə dair təkliflərin hazırlanması vurğulanıb. Belə ki, ilk olaraq Zəngilana, infrastruktur layihələri başa çatdıqca isə digər rayonlara da vətəndaşların köç edilməsi başlayacaq. Bu isə öz növbəsində risklərin daha çox artmasına səbəb ola bilər. Baxmayaraq ki, maarifləndirmə fəaliyyəti həyata keçirilir, lakin köç prosesindən sonra tək bu fəaliyyətlə risklərin öhdəsindən gəlmək mümkün olmayacaq, artıq qarşıda fərqli risklər və fərqli öhdəliklər durur.

Qeyd olunan mövzunun daha geniş şəkildə müzakirəsi, müxtəlif şirkətlərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi, onları bu risklərdən qorumaq üçün görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də bu sahədə qurumların birgə kommunikasiya konsepsiyasının hazırlanması məqsədilə aidiyyəti qurumların nümayəndələrinin Zəngilana mümkün səfəri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Azərbaycanda əhalinin istehlak etdiyi elektrik enerjisinin və təbii qazın qiyməti artdı

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Elektrik enerjisi üzrə tariflərin dəyişdirilməsi hansı səbəblərdən qaynaqlanır

"Tarif Şurası qiymətləri artıranda Prezident İlham Əliyev də onun acığına maaş və pensiyaları artırır" - İlqar Məmmədov

SOCAR qazın istehlak qiymətinin artırılmasının səbəblərini açıqlayıb

Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı

"Toya yazdırdığım pula heyfim gəlir" - Zaur Baxşəliyev

“24 günlük Vətən Müharibəsi” deyən direktor işdən çıxarıldı - Video

Putin amerikalı jurnalistə qarşı seksizmdə günahlandırıldı - Foto,Video

Məhkəmədə Bəxtiyar Hacıyev və Ülviyyə Alovlu arasında dava - Video

Ən çox oxunanalar