Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayxan Abbasov: "İndi "Sumqayıt"a 3 il əvvəlki kimi yanaşılmır"

"Azarkeşlərimizi təbrik edirəm. Hər iki komandanın fanatları 90 dəqiqə dayanmadan oyuna rəng qatdılar".

"Report"un məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandası üçün xal qazanmaq önəmli idi: "Fasilədən sonra 3 gün ərzində bu oyuna kökləndik. Rəqib komandanın baş məşqçisi Samir Abasovun işi göz önündədir. Yerli mütəxəssis kimi çempionluq qazanıb. Pis oynamadıq, uda da, uduza da bilərdik. 1 xal qazandıq. İkinci dövrədə ilk dövrədəki səhvləri düzəltməyə çalışacağıq".

Abbasov ötən mövsüm ilk dövrəni birinci pillədə bitirdiklərini xatırladaraq, indi belə bir halın baş verməməsinin səbəbini açıqlayıb: "Futbolçularımız öz səviyyələrini artırmalıdır. Oyun baxımından fərq yoxdur. Yeganə fərq az xal qazanmağımızdır. İndi "Sumqayıt"a 3 il əvvəl olduğu kimi yanaşılmır. İndi bizdən hər matçda yaxşı oyun gözləyirlər. Bu, bir tərəfdən yaxşı olsa da, üzərimizdə əlavə təzyiq yaradır. Gənc futbolçularımız var, onlar inkişaf etməlidirlər. Bir qədər səbrli olmalıyıq. Zəiflik göstərsək, bizə çətin olacaq".

Baş məşqçi bu gün B planını işə saldıqlarını vurğulayıb: "Qolumuzu Murad Xaçayev vurdu. Variantlarımız çoxdur. Kollektiv oyuna daha çox üstünlük veririk. Rəhim Sadıxov və Əli Qurbani isə oyunumuzu tamamlayır. Rəqibin hücumlarının qarşısını almaq üçün çalışırıq".

O, komandadakı problemləri bildiyini, amma açıqlamağı düzgün saymadığını söyləyib. Abbasovun sözlərinə görə, ilk dördlükdən qopmamağı II dövrədə qarşılarına məqsəd qoyacaqlar. Mübarizə sonadək gedəcək".

Baş məşqçi oyunun sonlarında zədələnən Əli Qurbaninin vəziyyəti barədə də danışıb: "Əli zədədən yeni qayıtmışdı. Meydanda təqribən 70-75 dəqiqə saxlamaq istəyirdik. Elə alındı ki, əvəzlənməyə yaxın zədə aldı. Amma inanmıram ki, ciddi olsun".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar