Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aydan götürülmüş nümunələr elm dünyasını təəccübləndirdi

Çinin Aya göndərdiyi araşdırma vasitəsi götürdüyü nümunələri Yerə gətirib.

PİA.az xəbər verir ki, Ayın səthindən götürülmüş nümunələri araşdıran elm adamları təəccüblü nəticələr əldə ediblər.

40 ildən sonra ilk dəfə Aydan Yerə torpaq nümunəsi gətirilib. Bu nümunələr beynəlxalq araşdırma qrupu tərəfindən nəzərdən keçirilib.

“Apollon” missiyası zamanı toplanan nümunələrin araşdırılması isə Aydakı vulkanik fəallığın 3 milyard il əvvələ gedib çıxdığı deyilmişdi. Amma yeni tapıntılara görə, vulkanik aktivlik Ayda bundan sonra da mövcud olub. 1.97 milyard il əvvəl Ayda vulkanik aktivliyin olduğu müəyyən edilib.

Yerin peykinin 4.5 milyard yaşında olduğu məlumdur. Hazırda Ayda heç bir aktivlik yoxdur, amma peykin keçmişdə aktiv olduğu təxmin edilir. Ayın səthinin altında bu vulkanik fəaliyyətin izləri olan lava tunelləri var.

Bundan əvvəl Ayda 1 milyard il əvvələ aid vulkanik nümunələr tapılmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, bu daşlar Aya meteoritlərlə gətirilib. Yeni nümunələr Ayın özünə aid olması baxımından önəmlidir.

Elm adamları araşdırmada 50 milyon illik yayınma səhvinin ola biləcəyini söyləyirlər. Tədqiqatçıların fikrincə, Kainatın yaşı nəzərə alınmaqla bu, olduqca dəqiq nəticədir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar