Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaz Salayev: “İttifaq hamınındır, kiminsə atasının şəxsi mülkü deyil”

Mən ittifaqdan heç maaş da almıram, biləsiniz...

“Mən üzvlükdən çıxan heç kəsi qınaya bilmərəm, bu onların öz işidir. Onların hansısa quruma üzv olmaq, yaxud üzvlükdən imtina etmək haqları var”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev deyib.

O, üzvlükdən imtinadansa həmin şəxslərin ittifaqda nələrisə dəyişməyə cəhd etməli olduqlarını doğru saydığını qeyd edib:

“Düşünürəm ki, ittifaqdan çıxmaqdansa tənqid etmək, çatışmayan halları aradan qaldırmaq üçün təkliflər irəli sürmək lazım idi. Bu ittifaq hamınındır, kiminsə atasının, yaxud özünün şəxsi mülkü deyil. Seçki keçirilmədiyini deyirsiniz, onda gəlin tələb edin, qurultayın çağırılmasını təklif edin. Qonaq kimi üzvlükdən çıxmaqdansa, belə olsaydı, daha yaxşı olardı”.

Ayaz Salayev “Əgər qurultay çağırılarsa, siz səsinizi Şəfiqə Məmmədovaya verəcəksiniz?” sualına da cavab verib:

“O şərtlə ki, ittifaqda böyük, ciddi işlər görüləcək və Şəfiqə xanım bir növ fəxri sima olaraq orada sədr qalacaq, bax o zaman səsimi Şəfiqə Məmmədovaya verəcəyəm. Çünki Şəfiqə xanımın nüfuzu böyükdür. Nüfuz amili çox önəmli və əhəmiyyətlidir”.

Kinoşünas ARKİ-nin qurum olaraq kino sahəsinə töhfə verməməsi məsələsinə də münasibət bildirib:

“Mən ittifaqdan heç maaş da almıram, biləsiniz. Oranın kinoya töhfəsi məsələsinə bir nümunə çəkim: Keçən ilin yayında məni festivala dəvət etmişdilər. Xərcimi ittifaq qarşıladı, vəssalam. Mənim bu ittifaqda qalmağım isə, siz bilirsiniz, ideoloji amillərə görədir. Özümün ideoloji səbəblərimə görə bura mənə uyğundur”.

Qeyd edək ki, bu səhər ARKİ-nin üzvlüyündən 20-yə yaxın mədəniyyət və incəsənət xadimi istefa verib.

pia.az


Etiket: Ayaz Salayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar