Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtoxuliqanın əzdiyi maşınlardan biri Avropa çempionunun avtomobilidir - Təfərrüat + Video

“Dünən Yasamalda Nazim Hikmət küçəsində baş verən hadisədə mənim maşınım da zərər gördü”.

Bu barədə Oxu.Az-a taekvondo üzrə Avropa çempionu İlkin Şahbazov deyib.

Hazırda azyaşlı uşaqlardan ibarət taekvondo millimizin baş məşqçisi olan İlkin Şahbazov hadisənin təfərrüatını danışıb:

“Saat 14:00 radələri olardı. Həmin vaxt “ASAN Xidmət” tərəfdə tıxac vardı. Bir də gördük ki, bir maşın digər avtomobilləri vura-vura gəlir. Onu yol polisi əməkdaşları təqib edirdi, bu da onlardan qaçırdı. Sürən şəxsin maşınında uşağı və həyat yoldaşı da vardı. Yayılan videoda qışqırıq səsi həmin qadından gəlir. Həmin avtoxuliqanı maşından pəncərəsini qırmaqla çıxartmaq mümkün oldu. Polis əməkdaşının buna görə əli qanamışdı”.

34 yaşlı İlkin Şahbazov bildirib ki, ona məxsus olan ağ “Hyundai Sonata” markalı, 10-OU-955 dövlət seriyalı avtomobilin arxa hissəsi zərər görüb:

“O, polisdən qaçmaq istəyərkən iki dəfə irəli-qabağa sürüb, mənim maşınımı da vurdu”.

Qeyd edək ki, dünən polisin “saxla” əmrinə tabe olmayan  “Volkswagen” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək, 10-a yaxın maşına zərər verib. Həmin avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, o, cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar