Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil və mobil telefonlar bahalaşacaq: Qiymət artımına səbəb nədir? 

Ölkəmizdə ticarət obyektlərində mövsümlə əlaqədar qiymətlərdəki dəyişikləri sezmək mümkündür. Bəzi ərzaq məhsullarının idxaldan asılı səbəblərə görə qiymətində artım müşahidə edilir. İdxaldan asılı olan həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərindəki artıma beynəlxalq miqyasda daşınmalarda yaranan problemlər, konteyner çatışmazlığı, pandemiya ilə əlaqədar istehsalda geriləmə və s. səbəblər misal göstərilir.

“Payız aylarında mövsümi olaraq tərəvəz, meyvə qiymətlərində artım ola bilər”

Bu barədə Oxu.Az-a məlumat verən iqtisadi araşdırmaçı, investisiya məsləhətçisi və aktivlərin idarə edilməsi üzrə mütəxəssis Seymur İbadov bildirib ki, qeyri-ərzaq məhsullarında da qiymət artımı gözlənilir.

Onun fikrincə, bunu daha çox ölkədə istehsal olunmayan, xaricdən gətirilən və istehsal prosesində digər tamamlayıcı məhsulların istifadəsini nəzərdə tutan mallarda müşahidə etmək mümkün olacaq:

“İstehlak qiymətləri indeksi istehlak səbətindən asılı olaraq dəyişir. Ərzaq məhsullarının bir qismi Azərbaycanda istehsal olunur və daxili tələbat tam olaraq bəzi məhsullar üzrə təmin edilmiş olur. Yerdə qalan məhsullar isə xaricdən alınır. Misal üçün hazırda ölkədə quş ətinin qiymətində müəyyən artım var. Çünki yem məhsullarının bir qismi idxal edilir. Eyni zamanda, daxili məhsulların qablaşdırılması ilə bağlı detallar da xaricdən alınır. Bu da qiymət artımına təsir edir”.

İqtisadçının sözlərinə görə, beynəlxalq səviyyədə konteyner çatışmazlığı ilə bağlı daşınma xərcləri 10 dəfə artıb, bu isə öz növbəsində bir çox sahələrdə qiymət artımına səbəb olur:

“Eynilə avtomobil sahəsi və xaricdən idxal olunan məhsulların daşınma xərcləri artdığı üçün bu da qiymətlərin artımına səbəb ola bilər. Qeyri-istehlak məhsullarının çoxu məsələn paltar, texniki avadanlıqlar, zəruri olan xaricidən alınır. Xaricdən alınıb gətirilən məhsullarda isə daşınma xərclərində kifayət qədər artımlar hiss olunur. Bu da qiymətlər təsir edir. Qiymət artımına xüsusilə də texniki avadanlıqlarda və s. qiymət artımına səbəb olan amillərdən biri daşınma xərcləridir. Xüsusilə də konteyner çatışmazlığıdır. Konteyner çatışmazlığı faktiki olaraq daşımalarda yubanmalara, gözləmələrə, tıxaclara səbəb olur. Bu, konteyner qiymətlərinin artımına səbəb olub”.

Telefon və avtomobil istehsalında çip böhranının yaşanması nəticə olaraq məhsulların qiymətinə öz təsirini göstərə bilər

Çip böhranın bir çox sahələrdən yan keçməyəcəyini deyən S. İbadov vurğulayıb ki, digər tərəfdən pandemiya bir çox sahələrdə dayanmalara səbəb olub, hətta avtomobil istehsalçıları bəzi ərazilərdə materialların çatışmazlığına görə zavodlarını bağlamaq məcburiyyətində qalıblar:

“Çip böhranı həm kompüter, həm mobil telefon, həm də avtomobil qiymətlərinə təsir edəcək. Hətta, nəhəng avtomobil şirkətləri bu problemdən kənarda qalmayıb. Yaponiyanın avtomobil şirkəti elan edib ki, 14 zavodunda çip və digər detalların çatışmazlığı səbəbindən istehsalı dayandırmaqla onun həcmini ümumilikdə 40 faiz azaldacaq. Çip çatışmazlığı ilə bağlı böhranın nəinki, bu il bitəcəyini, hətta gələn ildə davam edə biləcəyini qeyd edib. Nəhəng alman avtomobil şirkəti də satışları ilə bağlı olaraq proqnozlarını azaldaraq, satış həcminin bu il keçən il ilə eyni səviyyədə olacaqlarını gözləyirlər. Şirkət bu il Malayziyada çiplərin testi və qablaşdırılması ilə bağlı olan zavodunun bağlanmasından ziyan görüb”.

Beynəlxalq yükdaşımaların dəyəri artıb

İqtisadçı qeyd edib ki, pandemiya ilə əlaqədar beynəlxalq daşımalarda olan yubanmalar və konteyner çatışmazlığı istehsal qiymətlərinin artımına səbəb olur:

“Beynəlxalq miqyasda daşınma zəncirində yaranmış problemlərin gələn ilin ortalarınadək davan edəcəyi gözlənilir. Belə ki, yeni yayılmış “Delta” ştammı Asiya regionunda istehsala neqativ təsir etməklə, gəmi ilə daşımalarda yubanmalara səbəb olaraq dünya iqtisadiyyatındakı artıma mənfi təsir göstərir. İstehsalçılar material və istehsal üçün lazım olan əsas komponentlərin qıtlığı ilə yaranmış vəziyyətlə bağlı bir-biriləri ilə rəqabətə girərək yüklərin daşınmasına görə gəmidə yer almaq üçün təklif olunan qiymətlərin artımına səbəb olurlar.

Asiyada xüsusi ilə onun cənubi şərqində yayılan “Delta” ştammı bir çox istehsal sahələrinin normal fəaliyyətində problemlər yaradıb. Vyetnamda, dünyanın ən iri ikinci ayaqqabı və paltar istehsalçısı olan ölkədə istehsalın həcmini saxlamaq üçün dövlət istehsalçılara öz işçilərinə işdə yatmaq üçün icazə vermələrinə dair göstəriş verib”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar