Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropaya ixracın artması qazı bahalaşdıracaq? - Açıqlama

Avropa ölkələri Azərbaycandan qaz idxalını çoxaldıb. Bəzi mütəxəssislər 25 ilə ixracı nəzərdə tutulan qazımızın 2-3 ilə satılacağını bildirirlər. Eyni zamanda, qazın xaricə dəfələrlə ucuz satıldığı qeyd olunur. Məlumdur ki, işğaldan azad olunan torpaqların da qazla təminatı prioritet məsələlərdəndir.

Belə olan halda qaz ixracı Azərbaycanın özünün qazla təminatında problem yarada bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az -a açıqlama verib.

O, bəzi iddiaların əsassız olduğunu bildirib:

“Birincisi, Azərbaycan istəsə də, qaz ixracını həddən artıq edə bilməz. Çünki qazın Avropaya göndərilmə infrastrukturu var. Bu, hal-hazırda 16 milyard kubmetrdir. Azərbaycan elə bu il maksimum qaz ixracını 16 milyard kubmetr nəzərdə tutur. Bunun 6 milyardı Gürcüstan və Türkiyəyə, 10 milyardı isə Avropayadır. Maksimal tutumu illik 31 milyard kub metrə qaldırıla bilər. TANAP-ın maksimal gücü indi 16 milyard kubmetrdir, lakin 31milyard kubmetrə qaldırıla bilər. TAP-da da indi 10 milyard kubmetrdir, 20 milyard kubmetr ola bilər. Amma bunlar üst-üstə gəlinmir. Avropaya qaz TANAP-la gedir, sonra TANAP-dan da TAP-a keçir. Biz istəsək də, qazın boru çəkilmə tutumu var, bunu edə bilmərik”.

İqtisadçı qazın satış qiymətlərinin ucuz olmadığını deyib:
Azərbaycan qazı Avropaya ucuz satmır. Bazar qiymətinə satır. İndi ən yaxşı, yüksək qiymətlərdir. Yalnız Türkiyə və Gürcüstana ucuz satır. Bu da fiks qiymətlərdir. Yəni əvvəlcədən müqavilə ilə müəyyən olunub. Bu da bazar qiymətləri ilə müqayisədə ucuz hesab olunur. Çünki indi bazar qiymətləri çox yüksəkdir. İstənilən halda, indi hər iki qiymət 5 il əvvəllə müqayisədə çox yaxşıdır. Azərbaycanda ilk rübün enerji gəlirlərinə baxanda görürük ki, qazdan gələn gəlirlər neftə çatır. Bu da çox yaxşı haldır”.

X.Kərimli Qarabağın qaz təminatı məsələsinə də toxunub:

“Dünya alternativ enerji istiqamətinə gedir. Qarabağda da məqsədimiz odur.
Digər məsələ, Qarabağda əvvəlcə yaşayışı bərpa etməliyik. Hökumət Qarabağda günəş panelləri, su-elektrik stansiyaları və istilik təminatı məsələlərinə diqqəti artırır. Amma qaz çəkilməsi ilə bağlı məsələlər hələ gələcəkdə olacaq işlərdir. Paralel olaraq həm qaz, həm neft yataqlarının axtarışı keçirilir. Əhalinin sayında artım olarsa, bu məsələ haqqında dəqiq nəsə deyə bilərik. Hökumət sırf Qarabağa qaz çəkməlidir deyə qaz tələbatı artmayacaq. Əhali artırsa, qaza tələbat da çoxalır. Amma Qarabağa insanlar gedir deyə tələbat artmayacaq. Burada təhlükə görmürəm.

Qazı yüksək qiymətə nə qədər çox satsalar, o qədər yaxşıdır. Buradan gələn pulları hara xərcləmələri başqa məsələdir. Amma satmaq əhəmiyyətlidir. Dövlət büdcəsinin əsas hissəsini neft və qazdan gələn gəlirlər təşkil edir. Azərbaycanda vergi ilə formalaşan büdcə yoxdur. Digər gəlirlər Azərbaycan büdcəsinin 46 %-ni təşkil edir. Bu da əsasən, neft və qazdan asılıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar