Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropadakı meymunçiçəyinin simptomları xəstəliyin keçmiş epidemiyalarından fərqlənir 

Böyük Britaniyada 54 nəfərdə meymunçiçəyinin (MPXV) gedişatını izləyən alimlər simptomların Afrikada və dünyanın digər yerlərində xəstəliyin keçmiş epidemiyaları zamanı müşahidə olunanlardan fərqləndiyini müəyyən ediblər.

Mütəxəssislərin araşdırmalarının nəticələri “Lancet Infectious Diseases” jurnalında dərc olunub.

“Müşahidələrimiz göstərir ki, Böyük Britaniyada yayılan meymunçiçəyi virusu ştammlarının yorğunluq, hərarət və qızdırmaya səbəb olma ehtimalı bu infeksiyanın keçmiş epidemiyaları ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Səpkilərin həm təbiəti, həm də yeri fərqlidir. Diaqnoz qoyularkən bunu nəzərə almaq lazımdır”, - deyə tədqiqatçılar yazıblar.

Qeyd edək ki, aprel və may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Böyük Britaniyadan başqa, son vaxtlar Qərbi Avropanın əksər ölkələrində, həmçinin ABŞ və Kanadada yoluxma halları qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, xəstəliyə yoluxanların ümumi sayı 3500-ə yaxınlaşır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar