Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada peyvəndləmə koronavirusdan ölüm hallarını azaldır

Avropa ölkələrində koronavirusa qarşı peyvəndləmə işlərinin getdikcə daha geniş vüsət alması nəticəsində yoluxanlar arasında ölüm halları xeyli azalıb.

PİA.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən ilin sonu, cari ilin əvvəlində vaksinasiyaya başlayan Avropa İttifaqı ölkələrindən Fransada indiyədək əhalinin 25,4 faizi tam peyvənd olunub. Bununla da, gündəlik yoluxma noyabr ayındakı 60 mindən 3 minə, ölüm halları isə müvafiq olaraq 1500-dən 100-dək azalıb.

İspaniya, İtaliya, Almaniya, Polşada da yoluxma 30-40 mindən 500-2000-dək, ölüm halları isə 1000-dən 20-100-dək azalıb.

İspaniyada peyvəndləmə səviyyəsi 28 faiz, İtaliyada 23,8 faiz, Almaniyada 27,1 faiz, Polşada isə 25,8 faizdir.

Böyük Britaniyada isə 2020-ci ilin sonunda 60 minə çatan gündəlik yoluxma sayı mayın ortalarında cəmi 2 minə düşmüşdü. Sonradan isə rəqəmlər yenidən artmağa başlayaraq 8 minə çatdı. Ölüm halları ən kritik dövrdə 1800-dən yuxarı idisə, aprel ayında 50-dən aşağı, iyunda isə 20-dən aşağı düşüb. Ölkədə əhalinin yarıdan çoxu peyvənd olunub.

Peyvəndləmə işlərinin daha zəif getdiyi Hindistanda və Cənubi Amerika ölkələrində ölüm faizi yüksək olaraq qalır. Hindistanda gündəlik yoluxma may ayında 400 mini ötüb, bu ay 70 mindən aşağı düşsə də, ölüm halları 3 mindən çoxdur. Əhalinin 3,67 faizi peyvənd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar