Cümə, 12 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropa Rusiyanın enerji asılılığından qurtulur - Putin rejimin maliyyə dayaqları necə sarsıdılır?

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin 6-cı ayında Avropanın enerji xəritəsində ciddi dəyişiklik yaranıb. Ekspertlər yaxın gələcəkdə "qoca qitə"nin neft-qaz təchizatında Rusiyanın inhisarçı rolunun daha da məhdudlaşacağını gözləyirlər.

Belə ki, müharibədən qabaq Avropanın qaz tələbatının 39%-ni Rusiya təmin edirdi. Bu gün bu rəqəm 25%-dir. Avropa İttifaqı bəyan edib ki, 2023-cü ilin aprelinə qədər bu rəqəmi 10%-ə qədər endirmək niyyətindədir və bu barədə Avropa Komissiyası plan təqdim edib, müvaffiq işlərin görülməsi artıq başlayıb.

İspaniya bu gün faktiki olaraq Avropanın sıxılmış təbii qaz idxalının mərkəzidir. İspaniya Avropanın ümumi sıxılmış təbii qaz idxalının 20%-ni ixrac edir. Fransa isə bəyan edib ki, növbəti qış üçün Almaniyaya qaz ixracına hazırdır.

Paralel olaraq Avropa ölkələri qışda Rusiyadan gözlənilən enerji şantajını önələmək üçün təcili qaz saxlama terminallarının tikintisinə başlayıblar. Belə ki, Almaniya təbii sıxılmış qazın idxalı üçün yeni 3 terminalın tikintisini elan edib.

İspaniyanın 6 terminalı var, Fransanın 4 terminalı var, əlavə 1 terminalın tikintisinə hazırlıq gedir. Türkiyənin də 4 terminalı var, daha 1 terminalın tikintisi planlaşdırılır. İtaliya isə daha hazırlıqlıdır, hökumət mövcud 3 terminaldan əlavə daha 3 terminalın tikintisinə başlamağa qərar verib. Bundan başqa Polşa və Baltikyanı ölkələrdə də terminallar var.
Ətraflı

Əlavə olaraq Avropadaki terminalların gücünün artırılması üzrə texniki işlər başlayıb.

Rusiyadan neft alışının kəskin azaldılması da əsas prioritetlər sırasındadır. Xatırladaq ki, ABŞ Rusiyanın maliyyə qaynaqlarını və süni gəlirlərini kəsmək üçün neftin idxalına məhdudiyyətlərin 40-60 dollar tətbiqini təklif etmişdi. Buu istiqamətdə hazırda ciddi iş gedir.

ABŞ-ın Hindistanla uğurlu danışıqlarından sonra, ABŞ maliyyə nazirinin 1-ci müavini Adevalo Adeymo bəyan etdi ki, 2022-ci ilin dekabr ayında qiymət limiti tətbiq olunacaq. Bu təşəbbüs Rusiyanın dəhşətli dərəcə narahat edir və Baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, əgər qiymət limiti tətbiq olunsa biz neft idxalını dayandıracağıq.

Onu da xatırladaq ki, iki həftə əvvəl Aİ-nin Rusiyaya qarşı sanksiyaların 7-ci paketi tətbiq olumuşdu. Bu paketdə əvvəl planlaşdırılan qaz embarqosu çıxarılaraq Avropa Komissiyasının planı ilə əvəzləndi. 7-ci paketdə Rusiyanı gözləyən ən böyük sürpriz ölkənin ən böyük bankı olan "Sberbank"ın Avropada bütün aktivlərinin dondurulması barədə razılaşmadır. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

“Rüşvəti Mədəniyyət Nazirliyinə gətirən Polad Bülbüloğlu olub” - Akif İslamzadə

"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb - Yenilənib

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən açıqlama

“Payızda ərzaq qiymətlər daha da bahalaşacaq” - Qubad İbadoğlu

Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib

"Baku Steel Company”nin sabiq rəhbərinin məhkəməsi başlayır

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı təsdiq edilib

Xocavəndin Tuğ kəndində Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb

İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib - Yenilənib

Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb - Foto

Ən çox oxunanalar