Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Rusiya qazına alternativ tapıb - “Afrika qazı “Qazprom”u Avropadan sıxışdırıb çıxaracaq”

Ukraynaya qarşı təcazüvünə görə Avropa Birliyi Rusiyaya qarşı altıncı sanksiya zərfinin tətbiqinə hazırlaşır. Həmin sanksiya tədbirləri çərçivəsində Rusiya neftinin idxalına embarqo qoyulması da gözlənilir. Məlumdur ki, neft və neft məhsulları ilə yanaşı, Avropa Rusiyadan böyük həcmdə təbii qaz tədarük edir. Neftdən fərqli olaraq, təbii qazdan sürətlə imtina edilməsi asan deyil. Bunun üçün ilk növbədə alternativ mənbə və xeyli vaxt gərəkdir. Mütəxəssislər bildirirlər ki, Afrikadakı təbii qaz yataqlarının həcmi Avropanın ehtiyaclarını ödəməyə kifayət edə bilər. Lakin bunun üçün müvafiq işlər həyata keçirmək lazımdır.

“AzPolitika.info” xəbər verir ki, Çinin “The Paper” internet portalı “Rusiya qazından imtina etməyə hazırlaşan Avropa üzünü Afrikaya çevirir?” başlıqlı məqalədə sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:

Rusiya Ukraynada davam edən müharibə fonunda Qərbin sanksiyalarına əks tədbir kimi “dost olmayan ölkələr və regionlar”ın təbii qazı rublla almasını tələb edir. Bolqarıstan və Polşa rublla ödəmədən imtina etdikləri üçün Rusiya bu ölkələrə verilən qazı kəsib. Təbii qaz tədarükündəki təhlükəsizliyi təmin etmək və Rusiyadan enerji asılılığını minimuma endirmək məqsədilə Avropa üzünü Afrikaya tərəf çevirməyə başlayıb.

Beynəlxalq mətbuatın məlumatına görə, Avropa Birliyinin enerji siyasətinin dəyişməsi bəzi Afrika ölkələrinə fayda gətirə bilər. Lakin Avropa Birliyi Afrikada infrastrukturun çatışmaması, ətraf mühitin qorunması və siyasi qeyri- sabitlik kimi problemləri həll etməlidir.

“Oilprice” saytı Afrika qitəsinin böyük təbii qaz potensialına malik olması barədə məqalə dərc edib. Həmin məqalədə deyilir ki, Norveçin “Rystad Energy” konsaltinq şirkətinin hesablamasına görə, 2030-cu ilə kimi Afrika illik 470 milyard kub metr təbii qaz hasil edə bilər. Bu, Rusiyanın 2022-ci ildə gözlədiyi ümumi hasilatın 75 faizinə bərabərdir.


Rusiya Avropanın əsas təbii qaz tədarükçüsüdür. Avropanın idxal etdiyi təbii qazın 40 faizi (175 milyard kub metr) Rusiyanın, 18 faizi isə Afrikanın payına düşür. Avropa Birliyi 8 martda elan edib ki, Rusiya qazının idxalını bu il 30 faiz azaldacaq və 2030-cu ilə kimi tamamən dayandırcaq.

Avropadakı geosiyasi vəziyyət qlobal struktur risklərinə dərin təsir göstərir. Düzdür, ABŞ Avropaya xeyli həcmdə “Sıxılmış Təbii Qaz” yollaya bilər, ancaq bu, indiki enerji ehtiyacını tam ödəyə bilməz. Hazırda Afrika ölkələri bütün gücləri ilə qlobal təbii qaz bazarına can atırlar və onlar Avropa və Asiya enerji şirkətlərinin diqqətini çəkirlər.

Şimali Afrikada “Sıxılmış Təbii Qaz” tədarükü zəncirinin yaradılması və yeni qaz boru kəmərinin çəkilməsi nəticəsində Afrika qazı güclü alternativ kimi “Qazprom”u Avropadan sıxışdırıb çıxaracaq.

Əlzəcair təbii qaz tədarükünün artırılması ilə bağlı İtaliya ilə müqavilə imzalayıb. Rusiyadan sonra Avropanın ən böyük ixracatçısı olan Əlcəzair bu qitəyə göndərdiyi qazı 40 faiz artıracaq.

Digər tərəfdən isə Nigeriya Avropanın artan ehtiyaclarını ödəmək üçün Avropya “Sıxılmış Təbii Qaz” göndərməyi planlaşdırır.

Hazırda Şimal-Qərbi Afrika ərazisində iki boru kəmərinin tikilməsi planlaşdırılır. Onlardan biri “Transsahara” qaz kəməridir və bu kəmər Nigeriyanı Niger və Əlcəzair ilə birlikdə Avropaya gedən mövcud qaz kəmərinə birləşdirəcək. 1970-ci illərdə təklif olunan bu layihə təhlükəsizlik məsələləri, ekoloji problemlər və maliyyə çatışmazlığı ilə qarşılaşmışdı. İndi isə onun tikilməsi ilə bağlı danışıqlar gedir.


Daha bir qaz kəməri Qərbi və Şimali Afrikanın 13 ölkəsini birləşdirəcək “Nigeriya-Mərakeş” kəməri olacaq.

Afrikanın inkişafı üçün imkanlar açan Avropa enerji istehlakı ilə bağlı çoxlu çətinliklərin yaranacağını da nəzərə almalıdır. İlk növbədə unudulmamalıdır ki, Rusiya qazının qiyməti ucuzdur və mövcud qaz kəmərləri Avropanı sürətlə yanacaqla təmin edir. Bununla müqayisədə Afrikada qaz hasilatının artırılması və boru kəmərinin tikintisi xeyli vaxt və böyük pullar tələb edir.

Hazırda Əlcəzair, Misir və Nigeriya Afrikanın əsas qaz ixracatçılarıdır. Bu ölkələrin Avropaya tədarük etdiyi təbii qazın həcmi Rusiyanın yolladığı qazın yarısından azdır. Əlcəzairdən başqa Afrikanın digər ölkələrindəki qaz infrastrukturu inkişaf etmiş səviyyədə deyil. Maraqlıdır ki, Avropanın ekoloji məqsədləri onun qaz layihələrinə dair planları ilə ziddiyyət təşkil edir. ”The Washington Post” qəzeti yazır ki, indiki böhran “yaşıl enerji”yə keçid prosesində Avropanın təbii qazdan nə dərəcədə asılı olduğunu göstərdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar