Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropa İttifaqı Rusiyadan ərzaq alışı üzrə lider oldu - Çini sıxışdırıb

Avqustun 1-ə Rusiya 16,9 milyard dollarlıq aqrar-sənaye kompleksi (ASK) məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,0 faiz çoxdur. Bu rəqəmləri Kənd Təsərrüfatı Nazirliyinin «Aqroeksport» mərkəzi açıqlayıb.

Ekspertlərin dəqiqləşdirdiyi kimi, ixracın artım ahəngi üzrə yağ-piy məhsulları liderlik edir, onların tədarükü 39,0 faiz (3,85 milyard dollar) artıb.

Ancaq hamısından artıq - 4,76 milyard dollarlıq - buğda ixrac edilib, bu zaman tədarükün artım ahəngi bir həftə ərzində15 faizdən 13 faizə qədər yavaşıyıb.

Ət və süd məhsullarının tədarükü 25 faiz (773 milyon dollar), balıq və dəniz məhsulları 6 faiz (2,93 milyard dollar) artıb. Digər ASM-nın ixracı isə 12 faiz (2,32 milyard dollar) artıb.

«2020-ci ildə Rusiya 30,0 milyard dollarlıq ASM ixrac edib, 2019-cu ildə bu rəqəm 25,6 milyard dollar təşkil edib» - K/t nazirliyi dəqiqləşdirir.

İdarənin proqnozuna görə, bu il ixrac 30 milyard dollar ətrafında olacaq. 2030-cu il mövqeyinə bu rəqəm 47 milyard müəyyən olunub.

Qeyd etmək lazımdır ki, Rusiyadan ərzaq məhsulları alışı üzrə lider Avropa İttifaqı (Aİ) olub və o, Çini bu mövqedən sıxışdırıb çıxardıb.

İlin əvvəlindən Avropa bazarına Rusiyanın 2,087 milyard dollarlıq aqrar məhsulları tədarük olunub ki, bu da bir il əvvəlkindən 31 faiz çoxdur. İkinci yerdə Çin dayanır - 2,083 milyard dollar, üçüncü yerdə Türkiyə gəlir - 2,0 milyard dollar.

Bu zaman Rusiya buğdasının ən böyük idxalçısı olaraq Türkiyə (979 milyard dollar) və Misir (707 milyard dollar) qalır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gənc icra başçısının dəbdəbəli villası – Foto

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Ata dövlətdən oğurlayır, oğul  “dövlətçiliyi” qoruyur?! – Azərbaycan reallığı...

Aleksey Overçukun Ermənistanda verdiyi dəhliz bəyantı... - Rusiyanın ənənəvi siyasəti, yoxsa reallıq?

Ağdamda müdhiş korrupsiya: İcra başçısı Vaqif Həsənov niyə narahatdır?

Allahşükür Paşazadə İranın ali rəhbərinin nümayəndəsinə cavab verib

Ən çox oxunanalar