Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

AVRO-2020: Xorvatiya millisi yenə qələbə qazana bilmədi - Yenilənib

Futbol üzrə Avropa çempionatının D qrupunda II tura start verilib.

"Report"un məlumatına görə, ilk oyunda qələbə qazanan Çexiya millisi Xorvatiya yığması ilə qarşılaşıb. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda ilk qol 37-ci dəqiqədə vurulub. Penaltidən fərqlənən Patrik Şik çexiyalıları önə keçirib. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib. Komandalar fasiləyə bu hesabla yollanıblar. Xorvatiya yığması ikinci yarının əvvəlindəcə tarazlığı bərpa edib. İvan Perişiç 47-ci dəqiqədə rəqibi məyus edib.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Çexiya millisi ilk pillədəki yerini qoruyub. Xorvatiya isə 1 xalla üçüncüdür.

Qeyd edək ki, D qrupunun digər oyunu bu gün İngiltərə və Şotlandiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Günün ikinci matçı - D qrupunda Xorvatiya və Çexiya yığmaları arasında oyun başlayıb.

***

Xorvatiya-Çexiya matçında komandaların start heyətlərində meydana çıxacaq futbolçuların adları məlum olub.

Xorvatiya: Livakoviç, Qvardiol, Lovren, Vrsalko, Vida, Brekalo, Perişiç, Modriç, Kovaçiç, Rebiç, Kramariç.

Çexiya: Vaçlik, Çelyustka, Kalas, Soufat, Borjil, Yankto, Qoleş, Masopust, Darida, Souçek, Şik.

Qeyd edək ki, Qlazqodakı “Hempden Park” arenasında keçiriləcək oyun Bakı vaxtilə saat 20:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülh sazişi ilə bağlı Paşinyanın yeni şərtləri - Ermənistan Azərbaycanı tələyə salmaq istəyir?..

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Vaqif Axundov əmlakını satdı – 1 milyon 200 minə

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yatdı – Foto

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

"Deputat kiminlə güləşir öz işidir" - MM-in İntizam Komissiyasının sədri

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputatın döydüyü polis Bakıya cağırıldı - Nazir işi nəzarətə götürdü

Ötən ay atasından, bu ay isə özündən prokurorluğa şikayət olunan deputat

Ən çox oxunanalar