Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020-nin təxirə salınması təklif olundu

İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiano Tommazi koronavirus epidemiyasına görə AVRO-2020-nin keçirilməsini təhlükəli hesab edir...

"Report" "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, assosiasiya rəsmisi UEFA-nın turnirin təxirə salınması ilə bağlı məsələyə baxmalı olduğunu bildirib.

Sabiq yarımmüdafiəçinin sözlərinə görə, milli çempionatların başa çatması üçün Avropa çempionatının vaxtı dəyişdirilməlidir: "Koronavirus təkcə İtaliyanın problemi deyil. A Seriyası azarkeşsiz davam edəcək. Futbolçular arasında buna razılaşan və qarşı olanlar var. Bütün mümkün tədbirləri görürük, amma oyunçular meydanda risk altındadır. Ən pisi, bir futbolçu virusa yoluxsa, bütün komanda karantinə alınacaq".

Qeyd edək ki, İtaliyada aprelin 3-dək bütün idman tədbirləri azarkeşsiz keçiriləcək. AVRO-2020-yə iyunun 12-də Romadakı "Olimpiko" stadionunda start veriləcək. Açılış matçında İtaliya və Türkiyə milliləri üz-üzə gələcək. Ertəsi gün A qrupunun digər oyununda Uels və İsveçrə seçmələri Bakı Olimpiya Stadionunda münasibətlərinə aydınlıq gətirəcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Uelslilər iyunun 21-də isə Romada İtaliya ilə qarşılaşacaqlar.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu da Bakıda gerçəkləşəcək.

pia.az


Etiket: AVRO-2020

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar