Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020-nin rəsmi talismanı Bakı gəzintisinə başladı

Bu gün - futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalmış AVRO-2020-nin rəsmi talismanı, “Skillzi” çempionatın Bakı şəhəri üzrə fristaylerləri - veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova ilə birlikdə paytaxt gəzintisinə çıxıb...

Yerli Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, “Skillzi” və dostlarının “küləklər” şəhərindəki sərgüzəştləri paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Əlamətdar gündə baş tutan bu gəzinti paytaxta xüsusi rəng qatıb. “Skillzi” və dostları gəzintilərinə Bakının mərkəzindən - Nizami küçəsindən başlayıblar. Daha sonra “küləklər şəhəri”nin tarixi yerlərindən olan İçərişəhərə gedən dostlar Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Yanardağ kimi turistik yerlərə, eləcə də bir sıra muzeylərə baş çəkiblər.

Qeyd edək ki, talismanın adı ingilis dilində “bacarıq” mənasını daşıyan “skills” sözündən götürülüb. “Bacarıqlı oğlan” ilk dəfə bu il martın 24-də Niderland və Almaniya arasında matç zamanı təqdim edilib.

A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimi:

13 iyun, saat 17:00

Uels - İsveçrə

17 iyun, saat 20:00

Türkiyə - Uels

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

4 iyul, saat 20:00

¼ final oyunu

pia.az


Etiket: AVRO-2020


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar