Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020: İtaliya Türkiyəyə qalib gəldi -3-0 - Video

AVRO-2020-nin açılış matçında meydan sahibi İtaliya milisi A qrupu çərçivəsində Romada Türkiyəyə 3:0 hesabı ilə qalib gəlib.

Bununla da Türkiyə millisi 21 il əvvəl olduğu kimi Avropa çempionatında İtaliyaya yenə uduzub.

A qrupunun digər matçı – Uels – İsveçrə matçı isə sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.

***

İtaliya millisi Türkiyə ilə açılış matçında üçüncü qolu rəqib qapısından keçirib. Lorentso İnsinye 79-cu dəqiqə fərqlənib.

***

“Latsio”nun hücumçusu Çiro İmmobile 66-cıdəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Hazırda İtaliya 2:0 öndədir.

00:12

İtaliya millisi 53-cü dəqiqədə hesabı açıb. “Yuventus”un mərkəz müdafiəçisi Melih Dəmiral 53-cü dəqiqədə avtoqola imza atıb. Bu, AVRO-2020-nin ilk qolu olub.

***

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk hissə yekunlaşıb.

Romadakı "Olimpiko" stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

***

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

PİA.az-ın məlumatına görə, Romadakı "Olimpiko" stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, "ay-ulduzlular" A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.(Report)

***

Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri açıqlanıb.

PİA.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (K)

Ehtiyat oyunçular: 1. Mert Günok, 12. Altay Bayındır, 7. Cengiz Ünder, 8. Dorukhan Toköz, 14. Taylan Antalyalı, 15. Ozan Kabak, 16. Enes Ünal, 19. Orkun Kökçü, 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür, 26. Halil Dervişoğlu

Baş məşqçi: Şenol Güneş

İtaliya: 21. Canluici Donnarumma, 3. Croco Kyellini (K), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi, 24. Alessandro Florentsi

Ehtiyat oyunçular: 1. Salvatore Siriqu, 26. Aleks Meret, 2. Covanni Di Lorentso, 9. Andrea Belotti, 12. Matteo Pessina, 13. Emerson, 14. Federiko Kyeza, 15. Françesko Açerbi, 16. Brian Kristante, 20. Federiko Bernardeski, 22. Cakomo Raspadori, 23. Alessandro Bastoni

Baş məşqçi: Roberto Mançini

Qeyd edək ki, Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar