Bazar ertəsi, 26 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

AVRO-2020: İngiltərə və Xorvatiya yığmaları 1/8 finalda

Futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib. "Report"un məlumatına görə, hər iki qarşılaşma D qrupunda gerçəkləşib.

Londondakı "Uembli" stadionunda İngiltərə və Çexiya yığmaları üz-üzə gəlib. Portuqaliyalı referi Artur Diaşın idarə etdiyi qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 12-ci dəqiqədə Rəhim Sterlinq vurub. 87-ci dəqiqədə İngiltərə millisi yenidən fərqlənsə də, baş hakim ofsayd qeydə alıb.

Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya yığması Qlazqoda Şotlandiya ilə görüşüb. "Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olub. Görüş Xorvatiya millisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

İlk yarıda tərəflər hərəyə bir dəfə fərqləniblər. 17-ci dəqiqədə Nikola Vlaşiçin qoluna 42-ci dəqiqədə meydan sahiblərindən Kallum Makqreqor cavab verib. Fasilədən sonra Xorvatiya yığması daha 2 qola imza atıb. Luka Modriç 62-ci, İvan Perişiç 77-ci dəqiqədə Şotlandiyanı məyus edib.

Bu nəticələrdən sonra İngiltərə 7 xalla qrup lideri, Xorvatiya 4 xalla 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib. Xorvatiyadan yalnız top fərqində geri qalan Çexiya 4 xalla 3-cü yeri tutub. Bu komandanın mərhələ adlayıb-adlamayacağına isə hələ aydınlıq gəlməyib. Şotlandiya isə 1 xalla qrup sonuncusu olub və mübarizəni dayandırıb.

AVRO-2020

D qrupu

III tur

22 iyun

23:00. Çexiya - İngiltərə - 0:1

Qol: Rəhim Sterlinq, 12

Baş hakim: Artur Diaş (Portuqaliya)

London. "Uembli" stadionu

23:00. Xorvatiya - Şotlandiya - 3:1

Qollar: Nikola Vlaşiç, 17. Luka Modriç, 62. İvan Perişiç, 77 - Kallum Makqreqor, 42

Baş hakim: Fernando Rapallini

Qlazqo. "Hempden Park" stadionu

Xal durumu: İngiltərə - 7, Xorvatiya - 4, Çexiya - 4, Şotlandiya - 1.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” - Deputat

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

İcra başçısının əməli etiraza səbəb oldu – Video

“Azərbaycana göstərdik ki, dişimiz yoxdur: Bu, Qarabağın sonu olacaq”

Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı - Video

Bunu edənləri 500 manata qədər cərimə gözləyir

Qalib Prezident və xəyanətkar komanda: yumruğu stola vurmaq zamanadır!

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri

Ən çox oxunanalar