Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

AVRO-2020: Avstriya minimal, Niderland böyük hesabla qalib gəlir - Yenilənir, Video

Niderland millisi Şimali Makedoniya qapısından üçüncü topu keçirdi. 58-ci dəqiqədə “Liverpul”un futbolçusu Veynaldum dublunu rəsmiləşdirdi – 3:0. Bununla da o, turnirdə üçüncü qolunu vurmaqla bombardirlər cədvəlində Kriştianu Ronaldu və Patrik Şikə çatdı.

Paralel gedən digər matçda Avstriya millisi 1:0 qalib gəlməkdədir.

***

Hər iki oyun başlandı.

***

Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-də qrup mərhələsinin oyunları davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.

Əvvəlcə, saat 20:00-da start götürəcək oyunlarda C qrupunda mübarizəyə yekun vurulacaq.

Niderland millisi Şimali Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ukrayna yığması isə Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, son oyun öncəsi niderlandlılar qrupdan çıxmağı təmin ediblər. Eyni xala malik Ukrayna və Avstriya yığmalarının görüşü isə daha böyük maraqla gözlənilir.

Artıq hər iki oyunda komandalar start heyətlərini açıqlayıblar.

Şimali Makedoniya – Niderland

Baş hakim: İstvan Kovaç (Rumıniya).

Amsterdam. Yohan Kroyf Arena.

Şimali Makedoniya: 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 7. İvan Triçkovski, 8. Ezqyan Alioski, 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 17. Enis Bardi, 21. Elyif Elmas.

Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 16. Rayan Qravenberx, 17. Deyli Blind, 18. Donyell Malen, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.

Ukrayna – Avstriya

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

Buxarest. Milli Arena.

Ukrayna: 1. Georgi Buşçan, 5. Sergey Sidorçuk, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.

Avstriya: 13. Daniel Baxmann, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 7. Marko Arnautoviç, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 10. Florian Qrilliç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı

Ən çox oxunanalar