Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Audiovizual Şura “Space” telekanalına ciddi xəbərdarlıq edib

Audiovizual Şura “Space” ümumölkə yerüstü televiziya yayımçısına ciddi xəbərdarlıq edib.

Bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq...” ifadəsi işlənib. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirlər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.

Eyni zamanda, şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində imkan yaradılması faktı da Şura tərəfindən qeydə alınmışdır ki, bu da, yeni “Media haqqında” Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Aparılan müzakirələrdən sonra Şura üzvləri “Space” televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq “Space” televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul etmişlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar