Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

ATƏT sədri 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycanda saxlanılan 15 erməninin Ermənistana qaytarılmasının və minalardan təmizləməni əhəmiyyətli dərəcədə asanlaşdıracaq informasiyanın Ermənistan tərəfindən Azərbaycana verilməsinin etimadın artırılması istiqamətində alqışlanan tədbirlər olduğunu bildirib.

PİA.az-ın məlumatına görə, ATƏT sədri qeyd edib ki, bu vacib addımlar tərəfləri

dialoqa, sabitliyə və hərtərəfli həll yoluna daha da yaxınlaşdırır.

"Gürcüstan və ABŞ hökumətlərinin oynadığı önəmli rolu, eyni zamanda Avropa İttifaqı Şurası Prezidenti ilə İsveçin ATƏT-ə sədrliyi arasında razılaşma ərəfəsində əla əməkdaşlığını yüksək qiymətləndirirəm. Baş verənlər Cənubi Qafqazda regional əməkdaşlıq üçün də həyati bir addımdır", - deyə o vurğulayıb.

Vacib məsələlərin hələ də qaldığını qeyd edən Ann Linde həll olunmamış bütün məsələlərə hərtərəfli siyasi həll yolu tapmaq üçün Ermənistanı və Azərbaycanı qalan bütün saxlanılanları sərbəst buraxaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin köməyi ilə yüksək səviyyəli danışıqları bərpa edərək bu müsbət addımları möhkəmləndirməyə çağırıb.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir açıqlama

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını aşağıladı: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - Səs yazısı

Peyvənd olunmayanların bu yerlərə girişi qadağan olunacaq - Rəsmi

Bakı Dövlət Universitetinə yeni prorektor təyin edilib

Elçibəyin Allahşükür haqda sensasion çıxışı: “Türk millətini gözdən salırsan” - Video

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

İlham Əliyevdən Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Ceyhun Səfərov “Azəriqaz”-dakı vəzifəsindən azad olundu

Ən çox oxunanalar