Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atası imtina etdi, nənəsi sığınacağa atdı: Yeddi yaşlı qızın sonrakı taleyi necə oldu?

Yeddi ay öncə nənəsi tərəfindən sığınacağa yerləşdirilən qızın təhsili bərpa olunub.

PİA.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı tərəfindən məlumat paylaşılıb.

Paylaşımda bildirilib ki, nənəsi qızı sığınacağa gətirəndə onun sözə baxmamasını və dərslərini yaxşı oxumamasını səbəb kimi göstərilib:

“Qızımız nənə ilə sığınacaqda olduğu müddətdə əməkdaşımıza gizlincə bildirdi ki, xahiş edirəm məni qəbul edin. Nənə isə “hara, kimə verirsiniz verin uşağı” deyərək, qızı sığınacaqda qoyub getdi. Qızımızın dərhal təhsilini bərpa edə bilməsi üçün məktəbə yaxınlaşdıq. Məktəbdə isə uşağın mütləq şəkildə atasının iştirakı ilə təhsilə bərpa oluna biləcəyi bildirildi. Atası uzun çağırışlarımızdan sonra sığınacağa yaxınlaşaraq, qızına baxa bilmədiyini və istənilən müəssisəyə yerləşdirməyimizi istədi. Atasına nə üçün ona sahib çıxmadığını soruşsaq da, onun sizə ehtiyacı olduğunu bildirsək də, bir faydası olmadı. Ata yenidən ailə qurduğunu və üç övladı olduğunu deyərək, sığınacaqdan ayrıldı. Qızımızın artıq təhsili bərpa olunub və arzusu oxumaq, özünə gələcək qurmaqdır.

Hərdən gözləri dolur, o qədər  ağlayır... Deyir ki, anam sağ olsaydı, bunlar başıma gəlməzdi. Ona yaxşı gələcək qurmaqdan başqa çarəmiz yoxdur. Buna çox layiqdir”.

pia.az 


Etiket: Sığınacaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar