Çərşənbə axşamı, 03 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

AŞPA qadınlarla bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Siyasi və ictimai qərar qəbuletmədə az təmsil olunan qruplara məxsus olan qadınların iştiraklarının yaxşılaşdırılması" adlı qətnamə qəbul edib.

"Report"un Fransa bürosu xəbər verir ki, sənəddə son on ildə siyasi və ictimai qərar qəbuletmədə qadınların sayının artdığı bildirilir: "Bununla belə, gənc, əlil qadınların və müxtəlif digər az təmsil olunan qruplara məxsus olan qadınların idarəetmədə iştirakları üçün imkanlar məhdud olaraq qalıb. Onlar ayrı-seçkilik, zorakılıq riski, siyasi partiyaların tərkibində məhdudiyyətlər, cəmiyyətdəki təzyiqlər, səhiyyə sistemində olan ayrı-seçkilik və digər bu kimi maneələrlə qarşılaşırlar. Kvotalar, təkmilləşdirmə kursları, müxtəlif investisiyalar, namizədlərin seçilməsi zamanı görülən tədbirlər və digər bu kimi tədbirlər görməklə qadınların iştirakını artırmaq mümkündür".

Qətnamədə az təmsil olunan qadınların siyasi və ictimai qərar qəbuletmədə iştiraklarının artırılmasının davamlı müsbət nəticələrinə də toxunulur: "Onların yaxından iştirakları əhali ilə qərar qəbuletmədəki şəxsləri bir-birinə yaxınlaşdıra bilər. Avropa siyasətinin Avropa cəmiyyətindəki müxtəlifliyi əks etdirməsinin və bərabərlik naminə daha qəti addımlar atmağın vaxtı yetişib".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bu şəxslərə "valerian" dərmanı olmaz - Tromb, insult yaradar

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Maliyyən haradan gəlir?"

Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək - İddia

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

İmam köməkçisi Ərdoğan və Əliyevdən sitat gətirdiyi üçün mühakimə olunur - Rusiyada...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

Ən çox oxunanalar