Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asan imza çətin başa gəlir

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 2017-ci ildən bəri dövlət sosial sığortası üzrə rüblük hesabatları həmçinin mobil imzadan istifadə etməklə verir. Qaydalara görə, onlar mobil operatorların müştəri xidmətlərinə müraciət edib öz nömrələrini asan imza xidmətinə qoşdurur. Bu xidmət mobil operatorlara üç il üçün 18 manat, hər ay 2 manat 50 qəpik aylıq ödəniş nəzərdə tutur.

Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Samir Əliyev yazır ki, üç il əvvəl aldığı asan imzasının vaxtı bitib: “Mobil telefon nömrəsini işlətdiyim “Azərcell” şirkətinə zəng vurdum. Məlum oldu ki, məsələni onlayn şəkildə həll etmək mümkündür. Balansının 20,5 manat (aylıq abunə üçün 2,5 manat və yenidən qoşulmaq üçün 18 manat) olması kifayətdir ki, müqaviləni üç il müddətinə uzatsınlar.

Dövlət Vergi Xidmətinin 195-1 nömrəli qaynar xəttinə zəng vurub soruşuram ki, özəl şirkət məsələni onlayn şəkildə həll etməklə elektron hökumət platformasına töhfə verir, bəs siz hansı nümunəni göstərirsiniz? Məlum olur ki, asan imza üçün bütün kağız sənədləri (şəxsiyyət vəsiqəsi, VÖEN vəsiqəsi, köhnə müqavilə və s.) yığıb yenidən “ASAN xidmət” mərkəzinə getməliyəm. Axı niyə? Dövlət qurumu niyə nümunə göstərə bilmir? Şəxsiyyət vəsiqəm “Elektron hökumət” portalında (Daxili İşlər Nazirliyi sistemində) var. VÖEN vəsiqəm də həmçinin (Dövlət Vergi Xidməti sistemində). Qalır asan imza. Onu da “Azərcell” ümumi şəbəkəyə göndərir. Bəs onda “ASAN xidmət” mərkəzində növbə tutub vaxt sərf etməyə nə lüzum var?

Asan imza xidməti ümumiyyətlə ləğv edilməlidir. Bunun bir adı var: sahibkarı soymaq. Üç ilə 18 manat, üstəgəl hər ay 2 manat 50 qəpik ödəniş kiçik sahibkar üçün az pul deyil. Niyə hansısa xarici şirkətin yaratdığı sistemə alternativ pulsuz mexanizm tətbiq edilmir?”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar