Çərşənbə, 16 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Arvadını qətlə yetirən kişi: “Anamla eyni evdə yaşamaq istəmirdi”

“Xarakterimiz uyğun gəlmədi”...

Bunu ilkin dindirilmə zamanı həyat yoldaşını öldürən Şirvan şəhər sakini - 1984-cü il təvəllüdlü Sahib Nağıyev deyib.

Oxu.Az S.Nağıyevin həyat yoldaşı - 1986-cı il təvəllüdlü Pərvanə Nağıyevanı öldürməsinin təfərrüatları barədə bəzi məlumatları əldə edib.

Qeyd edək ki, ağır cinayət hadisəsi məcburi köçkün ailəsində törədilib. Ağdam rayonundan olan Nağıyev Sahib İdris oğlu həyat yoldaşını boğub öldürəndən sonra mətbəx bıçağı ilə onun boğazını kəsib. Hadisədən sonra kişi övladlarını götürərək evi tərk edib.

S.Nağıyev cinayət baş verən zaman evdə olan anasına bildirib ki, yeni mənzilinə baxmağa gedir. S.Nağıyev məcburi köçkün olduğu üçün dövlət tərəfindən yeni mənzillə təmin olunub və ailə yaxın vaxtlarda həmin evə köçməyi planlaşdırıb.

Anası Pərvanənin harada olduğunu soruşanda isə oğlu deyib ki, həyat yoldaşı yatır və onu narahat etmək lazım deyil.

Bir müddət sonra S.Nağıyev polis bölməsinə gedərək, könüllü təslim olub.

Dindirmə zamanı o, həyat yoldaşı ilə 15 il birgə yaşadıqlarını və bu illər ərzində “it-pişik” kimi didişdiklərini söyləyib.

S.Nağıyev bildirib ki, həyat yoldaşı yaşlı qayınanası ilə pis rəftar edib, ona qulluq etməyib. Son günlər isə Pərvanə qayınanası ilə bir evdə yaşamayacağını tez-tez təkrar edib.

S.Nağıyev onu da deyib ki, həyat yoldaşı ondan dəfələrlə boşanmaq istədiyini xahiş etsə də, o, “nəslimizdə arvadı boşamırlar” cavabını verib.

S.Nağıyev həyat yoldaşının qətlə yetirilməsini planlı şəkildə həyata keçirib.

Cinayət hadisəsi ilə əlaqədar istintaq davam etdirilir.

pia.az


Etiket: Şirvan qətl


Digərxəbərlər

Populyar xəbərlər

“Onu əvəzləyəcək kadr yoxdurmu?” - Partiya sədri

Putinin yüksək vəzifə verdiyi nefçalalı general görün kim imiş

Ərdoğan Azərbaycanda - Rəsmi qarşılama mərasimi Şuşada olacaq - Video

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb -  Fotolar, Yenilənib

Yevlax məktəbində biabırçılıq - Başımızın üstünə yazılan yazı ayaqlar altında - Fotofakt

Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”... - Video

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni təyinat olub

“Türkiyəni müdafiə etmək müqəddəs borcumuzdur” - Bayden

Levon Ter-Petrosyan: Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub - Video, Yenilənib

Ən çox oxunanalar