Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arvadını Maltada öldürmək üçün killer axtaran azərbaycanlı kimdir...

Maltada yaşayan azərbaycanlı qadın yerli hüquq-mühafizə orqanlarına müraciət edərək ərinin onu öldürmək üçün killer tutduğunu bildirib. virtualaz.org “The Times of Malta” nəşrinə istinadən xəbər verir ki, ötən həftənin cümə günü prokurorluq tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən qadın boşanma prosesində olduğu ərinin onu qətlə yetirmək planlarını aşkar edib.

Prokuror Piter Pol Zammit tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə “qorxmuş və həyacanlı vəziyyətdə olan” qadının ərinin bu planını necə aşkarladığı təsvir olunur. Bildirilir ki, qadının əri onun əməkdaşı olduğu təxmin edilən azərbaycanlı ilə  arvadını öldürmək üçün Maltada killer tutması barədə söhbət aparıb. Qadın hakim Yan Farrugiaya təqdim etdiyi ərizəsinə iki videofayl da əlavə edib. Həmin videofayllarda bir nəfər azərbaycanlı bildirir ki,  qadının ondan ayrı yaşayan əri qətl planını onunla müzakirə edib. Bu şəxs bildirir ki, qətlə görə Azərbaycandan ona böyük məbləğdə pul təklif ediblər.

Prokuror Piter Pol Zammit

Plana əsasən muzdlu qatil qadını öldürməli və daha sonra Maltadan qaçmalı idi. Videoda azərbaycanlı bildirir ki, qadının əri ilə yaxın münasibətləri olub. Və o, arvadı ilə olan problemlərdən danışıb. Adı açıqlanmayan bu azərbaycanlının sözlərinə görə, ər arvadından yaxa qurtarmaq, yəni onu öldürmək istəyir və bunun üçün sanballı məbləğ ödəməyə hazırdır.

Qadın habelə bildirir ki, həmin azərbaycanlının onun yanına gəlişindən bir neçə ay əvvəl mənzilinə gizli kamera və səsyazan qurğu yerləşdirilib. Həmin qurğu və müvafiq fotolar araşdırma üçün məhkəməyə təqdim olunub.

Mənbələr “Times of Malta” nəşrinə deyiblər ki, ər-arvadın arasında problemlər bir neçə ildir davam edir. Məhkəmə araşdırmaları barədə sorğunun verlməsi məhkəməyə  istənilən sübutları əldə edib saxlamaq və həmin xarici vətəndaşı (azərbaycanlını) dindirmək üçün Maltaya çağırmaq səlahiyyəti verir. Qadının ondan ayrı yaşayan əri tərəfindən öldürülməsi planına görə təqsirləndirilən şəxs 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar