Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq hörümçəyə “spayder” deyəcəyik.. - Diçilik İnstitutunun “yenilikləri” nədən xəbər verir?

Orfoqrafiya lüğətdə “hörümçək” sözü “spayder” sözü ilə əvəzləndi. Diçilik İnstitutunun akademik səviyyədə dilimizi bu vəziyyətə salmasını necə dəyərləndirmək olar?..

Təhsil ekspeeti: “Azərbaycanda akademik nəşirlərin ciddi problemi var. Bu gün Azərbaycan məktəblisinin, Azərbaycan oxucusunun və Azərbaycan tələbəsinin oxuduğu informasiyalar tamamilə fərqlidir”.

“Bu onu göstərir ki, bizim akademik nəşirlərimizi çap edən Milli Elimlər Akademiyası ümumiyyətlə nəşr etdiyi materiallara baxmır. Milli Elimlər Akademiyasının işi ancaq nəşirlərə görə vəsait almaqdır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözünün çıxarılıb, “spayder” sözünün salınmasını PİA.az-a şərh edərək qeyd edib.

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözü çıxarılıb, “spayder” sözü salınıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu “hörümçək” sözünün 2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına və “spayder” sözü ilə əvəz olunmasına aydınlıq gətirib.

M.Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir:

“Spayder” həm də “Yeni sözlər, yeni mənalar” lüğətinə əsasən, iki yerlik, açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, “hörümçək” sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb”.

Üzrü “səhv”indən betər olan cənab Nağısoyun bu açıqlaması əslində bir şeydən xəbər verir. AMEA-da, o cümlədən Dilçilik İnstitutunda peşəkarlıq problemi var.Əslində isə həm Orfoqrrafiya lüğətində hörümçək sözünün dilimizə tamamilə yad söz olan “spayder” sözü ilə əvəz edilməsi, həm də kitabıb elmi redaktoru Möhsün Nağısoylunun açıqlaması qeyri-peşəkarlıq nümunəsidir və Nağsoylunun bu “bu qəsədən olmayıb”, deməsi heç nəyi dəyişməyib. Çünki söhbət akademik kitabdan gedir və burda qərdən, ya da qeyri-qəsdən səhv ola bilməz. Bu sadəcə istisnadır.

Diçilik İnstitutunun akademik səviyyədə dilimizi bu vəziyyətə salmasını necə dəyərləndirmək olar? Buna “səhv” demək olarmı və ümumiyyətlə Diçilik İnstitutunun dilimizi məhv edən bu kimi “yenilikləri” nədən xəbər verir?

PİA.az-ın əməkdaşı mövzunu təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər müəyyən informasiya problemləri yaşayırlar. Məsələn təhsil aldıqları müddət ərzində Dilçilik İnstitutuna istinad edilmiş kitablardan öyrəndikləri bilik və informasiyanın ali məktəbdə yalnış olduğunu görə bilirlər”.

Mütəmadi olaraq hər hansı bir elmi nəşirdə səhvin olmamalı olduğunu vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında qeyd edib ki, akademik kitab tək müəllif və müəllif heyyəti tərəfindən nəşr olunmur. Akademik kitab nəşrə qədər çox ciddi elmi redaktələrdən keçir:

“İlk növbədə qeyd edim ki, Azərbaycanda akademik nəşirlərin ciddi problemi var. Bu gün Azərbaycan məktəblisinin, Azərbaycan oxucusunun və Azərbaycan tələbəsinin oxuduğu informasiyalar tamamilə fərqlidir. Azərbaycan məktəblisi orta təhsil kitabından oxuyur və kitabların müəllifləri akademik nəşirlərə istinad edirlər.

Etiraf edək ki,son dövrlərdə bizim dilçilik sahəsində ciddi problemlərimiz var. Orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər müəyyən informasiya problemləri yaşayırlar. Məsələn təhsil aldıqları müddət ərzində Dilçilik İnstitutuna istinad edilmiş kitablardan öyrəndikləri bilik və informasiyanın ali məktəbdə yalnış olduğunu görə bilirlər.

Kamran Əsədov: “Bu onu göstərir ki, bizim akademik nəşirlərimizi çap edən Milli Elimlər Akademiyası ümumiyyətlə nəşr etdiyi materiallara baxmır”.

Mütəmadi olaraq hər hansı bir elmi nəşirdə səhv olmamalıdır. Çünki akademik kitab tək müəllif və müəllif heyyəti tərəfindən nəşr olunmur. Akademik kitab nəşrə qədər çox ciddi elmi redaktələrdən keçir. Hər hansı bir müəllif tərəfindən təkbaşına yazılmış kitabda səhv ola bilər. Biz bunu müəyyən qədər anlayışla qarşılamaləyıq. Əslində heç burada da səhv olmamalıdır. Amma akademik nəşirdə hansısa bir sözün yaddan çıxması yolverilməzdir və burda istisna qəbul olunmaz.

Bu onu göstərir ki, bizim akademik nəşirlərimizi çap edən Milli Elimlər Akademiyası ümumiyyətlə nəşr etdiyi materiallara baxmır. Milli Elimlər Akademiyasının işi ancaq nəşirlərə görə vəsait almaqdır. Onların kitab çapdından anlayışları yoxdur. Bu ciddi bir qüsurdür. Hesab edirəm ki, bu Azərbaycan elminə Milli Elmlər Akademiyasının biganə yanaşmasını göstərir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar