Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Artek işi” – pioner düşərgəsindən “NKVD” kamerasına aparan yol...

16 iyun “Artek” pioner düşərgəsinin yarandığı gündür. 1925-ci ilin bu günündə fəaliyyətə başlayan düşərgə 1936-cı ildə ümumittifaq, 1958-ci ildə beynəlxalq uşaq istirahət kompleksi statusunu alıb və planetin ən böyük uşaq düşərgəsinə çevrilib. “Artek” düşərgəsində olmaq təkcə sovet məktəbliləri üçün yox, həm də dünyanın ayrı-ayrı ölkələrinin uşaqları üçün ən böyük arzulardan biri olub.

“Artek”in beynəlxalq nüfuza sahib olmasında sovet ideologiyası və təbliğat böyük rol oynayıb. Sovet liderlərinin bu düşərgəni tez-tez ziyarət etməsi, xarici ölkə liderlərinin Krımın cənub sahillərində yerləşən bu məkana təşrif buyurması düşərgənin statusunu daha da aliləşdirib.

Sovet mətbuatının səhifələri “Artek”in üzünə həmişə açıq olub. Mövsümlərdən asılı olmayaraq qəzetlər, televiziya və radio düşərgənin fəaliyyəti haqqında yazılar, reportajlar hazırlayıblar. O cümlədən xarici jurnalistlər də SSRİ-yə ezam olunanda “Artek” düşərgəsini də yazı menyularına əlavə ediblər.

Amma “Artek” düşgərsində hər şey heç də reklam vitrinində göründüyü kimi olmayıb. Bu düşərgədə baş verən ölüm hadisələri, yeyinti halları, qanun pozuntuları, rüşvət faktları, mənimsəmə kimi neqativliklər ictimaiyyətdən gizli saxlanılıb. Stalinin, Xruşovun, Brejnevin pionerlərinin yeməyinə göz dikənlər də olub.

“Artek”in qırmızı qalstuklar arxasında qalan günləri təkcə bunlardan ibarət olmayıb. Ölüm qoxulu 1937-ci illərdə “NKVD” “tikanlı əllərini” bu düşərgənin də başına çəkib. “Artek işi” adı ilə başlanan cinayət işi “Artek” düşərgəsindən “NKVD” düşərgəsinə yol açıb.

1937-ci ilin yayında düşərgədə həbslər başlanıb. Düşərgənin rəhbər heyətinin üzvləri, pioner baş dəstə rəhbərləri, təsərrüfat işçiləri qandallanaraq “NKVD”-nin zirzəmilərinə salınıb. Hər şey “Artek”dən “NKVD”-yə göndərilən məktubdan başlayıb.

Düşərgədən “NKVD”-yə göndərilən anonim məktubda qeyd olunub ki, “Artek” pioner düşərgəsindən daha çox, antisovet mərkəz kimi fəaliyyət göstərir. Məktub doqquz makina vərəqindən ibarət olub və sonralar o da məlum olub ki, məktubu düşərgənin işçilərindən biri olan İvanov yazıb.

“NKVD”-yə ünvanlanan məktubda düşərgənin siyasi tərbiyəvi işlər üzrə direktor müavini Boris Ovçukov antisovet qrupunun başçısı kimi təqdim edilib. Qrupa 30 nəfər daxil olub. Məktubda bu sətirlər də öz əksini tapıb:

 “Ovçukovun antisovet dəstəsinin üzvləri, pioner baş dəstə rəhbəri Balaşov Leninqraddakı Trotski təşkilatının üzvüdür, əksinqilabi təbliğat aparır, təssərüfat şöbəsinin müdiri Çeredniçenko xarici kəşfiyyata işləyir, yuxarı düşərgənin pioner baş dəstə rəhbəri Kondakov əxlaqsız hərəkətləri ilə bir neçə dəfə ifşa olunub, o, məktəbli qızları zorlamağa cəhd edib, düşərgənin digər əməkdaşı Krotov pionerlər arasında qorxulu bir şəxs kimi tanınıb. Sovet cəmiyyətinə düşmən olan bu şəxslər dəfələrlə uşaqların yeməklərinə şüşə və dəmir qırıntaları, çörəyin içərisinə kibrit çöpləri qatıblar. Onlar uşaqlar üçün dağlara ekskursiyalar təşkil ediblər, müxtəlif bəhanələrlə onları səhərə qədər soyuq dağ şəraitində saxlayıblar ki, bu da onların xəstələnmələri ilə nəticələnib. Bu cür faktları saymaqla qurtarmaz. Ümumilikdə isə düşərgədə sosialist quruluşuna qarşı güclü təbliğat işi davam edir...”

“NKVD”-nin Nikolay Yejov dövrünün asıb-kəsdiyi bir vaxtda heç bir fakt yoxlanılmadan, araşdırılma aparılmadan “Artek” düşərgəsində xüsusi əməliyyat keçirilib və 30 nəfər həbs olunub.

“Artek işi” böyük səs-küy yaradıb, qalmaqala səbəb olub. Məsələ ilə bağlı İosif Stalinə yazılı məruzə edilib. Stalin məruzənin üzərinə dərkənar qoyaraq araşdırmanı Vyaçeslav Molotova və ümumittifaq komsomolunun birinci katibi Aleksandr Kosarevə həvalə edib.

Uzun sürən araşdırmalardan sonra Boris Ovçukov haqqında heç bir cinayət faktı öz təsdiqini tapmayıb. Beləliklə, o, 19 aydan sonra düşərgənin digər həbs olunmuş əməkdaşları ilə birgə “NKVD”-nin təcridxanasından azadlığa buraxılıb, “Artek işi”nə xitam verilib.

Boris Ovçukov “Artek işi”ndən təmiz çıxsa da, onu işinə bərpa etməyiblər. Sovet-alman müharibəsi başlananda o, cəbhəyə yollanıb, ağır döyüş yolları keçib, bir neçə dəfə yaralanıb, müharibə zamanı göstərdiyi qəhrəmanlıqlara görə dəfələrlə yüksək mükafatlarla təltif olunub.

Ovçukov hərbi xidmətdən 1946-cı ilin sonunda mayor rütbəsində tərxis olunub. 1947-ci ildə isə “Artek”dən direktor müavini kimi uzaqlaşdırılan Boris Ovcukov düşərgənin direktoru təyin olunub.

Fəaliyyətinin 96 illiyini qeyd edən “Artek”də sonralar da qalmaqallara səbəb olan hadisələr çox olub. Yəqin ki, sovet dövründə “Pravda”, “Komsomolskaya pravda”, “Pionerskaya pravda” qəzetlərində düşərgəni əfsanəyə çevirən jurnalistlər 1990-cı illərdən sonra əsl həqiqəti yazmağın vaxtının çatdığını anlayıblar. Müasir kütləvi informasiya vasitələrində düşərgə “sərgüzəştləri” haqqında kifayət qədər materiallara rast gəlmək olar.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar