Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ARDNF valyuta məzənnələrinin dəyişməsi ilə 2 milyard manat xərcə düşüb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişlərindən 772 milyon manat, tranzitdən 16,5 milyon manat, akrhesabı ödənişlərdən isə 5,3 milyon manat gəlir əldə edib. Fondun vəsaitin idarə olunmasından gəliri isə 2 266,3 milyon manat olub.

Hesabat dövründə ARDNF 2021-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 7 309,7 milyon manat vəsait transfert edib. “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldib, idarə edilməsinə isə 15,1 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə büdcədənkənar xərcləri isə 1 990,6 milyon manat olub.

Beləliklə, ARNDF-in aktivləri bu ilin əvvəlindən 1,5% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib. Artım Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar