Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Araik Arutunyan tez-tez Rusiyaya gedir və oradan təlimatlar alır” - Hafiz Hacıyev

Ermənistan KİV-ləri “Laçın dəhlizi”nə çəkilən alternativ yol mövzusunu gündəmdə saxlamağa davam edir...

Müasir Müsavat Partiyasının sədri: “Sülhməramlılar Qarabağda heç bir fəaliyyətlə məşğul deyillər. Əksinə onlar Araik Arutunyan kimi cinayətkarları təlimatlandırırlar. Bunun nəticəsində də Arutunyan sərsəm bəyanatlar irəli sürür”.

Azərbaycan Qarabağ məsələsində heç kəsə inanmalı deyil. Ölkəmiz Qarabağ məsələsinə görə hər an, hər gün gecikir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xankəndinin “qondarma” rəhbəri Araik Arutunyanın “Laçın dəhlizi”nə çəkilən alternativ yol haqqında dedikləri fikirləri PİA.az- a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi 22 iyulda erməni mənbələri xəbər yaydılar ki, Araik Arutunyan “Moskvada “səfərdə”dir. A.Arutyunyanın Moskvaya səfərində əsas məqsəd Kremldən Laçının Zabux kəndində qanunsuz yaşayan ermənilərin taleyi barədə suala cavab almaqdır.

Rusiya, ErmənistanAzərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol 2023-cü ilə kimi hazır olmalıdır. Yeni yol istifadəyə veriləndən sonra “Laçın dəhlizi”nə nəzarət edən Rusiya sülhməramlı kontingentinin yeri dəyişdiriləcək. Rusiya hərbçiləri “Laçın dəhlizi”ndən çıxarılıb yeni yolda yerləşdiriləcək. Nəticədə də Laçın şəhəri, habelə 200-dən çox erməninin qanunsuz məskunlaşdığı Zabux qəsəbəsi Azərbaycan tərəfinin nəzarətinə keçəcək.

Araik Arutunyan isə Laçındakı yeni yolda pasport yoxlanış məntəqəsinin olmamasını dilə gətirib. Arutyanın növbəti sərsəm çıxışı nədən xəbər verir?

Laçın dəhlizi” ətrafında baş verənləri PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Rusiya Laçında terrorçuları, separatçıları yerləşdirmək istəyir”.

Rusiyanın sülhməramlı adı altında öz ordusunu Qarabağda yerləşdirdiyi xatırladan partiya sədri bildirib ki, onlar da Qarabağda ikinci Abxaziya yaratmaq istəyirlər:

“Bildiyimiz kimi Araik Arutunyan interpol vasitəsilə axtarışdadır. Amma mən başa düşə bilmirəm Arutunyanın necə axtarırlar. Yəni axtarılan adam bu gün Azərbaycan torpağındadır. Bizim hüquqi mühafizə orqanları Arutunyanı həbs edib, ona layiq olan cəzanı verməlidirlər. Çünki bu özbaşınalıqdır, Azərbaycan torpaqlarında at oynamaqdır.

Ermənistanın baş naziri Nikol Paşinyan başqa olmaqla Ermənistanda olan bütün qüvvələr istəyirlər ki, Qarabağda hakimiyyətlərini bərpa etsinlər. Onların Qarabağla bağlı böyük problemləri var. Xankəndinin “qondarma” rəhbəri Araik Arutunyan da tez-tez Rusiyaya gedir və oradan təlimatlar alır. Sonra da Xankəndinə gəlir və öz işlərini görür. Araik Arutunyan Laçındakı yeni yolda pasport yoxlanış məntəqəsinin olmamasını deməsi mənasız sözlərdir.

Azərbaycan Qarabağ məsələsində heç kəsə inanmalı deyil. Ölkəmiz Qarabağ məsələsinə görə hər an, hər gün gecikir. Çünki Laçın da, Şuşanın ətrafında olan kəndlər də Azərbaycanındır. Amma biz hələ həmin əraziləri azad etməmişik. Ümumiyyətlə bölgədəki proseslər get-gedə daha da qəlizləşir. Bir çox qüvvələr Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq istəyir. Bütün bunların başında da Rusiya dayanır. Rusiya Laçında terrorçuları, separatçıları yerləşdirmək istəyir.

Hafiz Hacıyev: “Təcili anti-terror əməliyyatları keçirib Xankəndində bayrağımızı dalğalandırmalıyıq. Rusların da “sülhməramlıları” təcili Qarabağdan çıxarılmalıdır”.

Laçında yaşayan ermənilər orada köçməli idilər. Amma indi də deyirlər bizi siyahıya alacaqlar. Buna görə də təcili onların başı əzilməlidir. Onların indi başı əzilməsə onlar axırda bizi yenə müharibəyə sürükləyəcəklər. Cənab Prezident də çıxışdan dedi ki, Ermənistan bizim ərazi bütövlüyümüzü, sərhədlərimizi tanımaq istəmir. Buna görə də biz qəti şəkildə öz iradəmizi ortaya qoyub öz torpaqlarımızdan olan terrorçuları məhv etməliyik.

Bir məqam da var ki, Rusiya sülhməramlı adı altında öz ordusunu Qarabağda yerləşdirib. Onlar da Qarabağda ikinci Abxaziya yaratmaq istəyirlər. Buna görə də ruslar ermənilərə pasport paylayırlar. Həmçinin Qarabağda özlərinə yeni tikililər, yeni xəstəxanalar tikirlər. Sülhməramlılar Qarabağda heç bir fəaliyyətlə məşğul deyillər. Əksinə onlar Araik Arutunyan kimi cinayətkarları təlimatlandırırlar. Bunun nəticəsində də Arutunyan sərsəm bəyanatlar irəli sürür. Onun fikirləri də bizim xalqı qıcıqlandırır.

Düşünürəm ki, təcili anti-terror əməliyyatları keçirib Xankəndində bayrağımızı dalğalandırmalıyıq. Rusların da “sülhməramlıları” təcili Qarabağdan çıxarılmalıdır. Başqa söhbətə ehtiyac yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar