Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

"Bütün Qafqazın Şeyx Allahşükür Paşazadəyə hər zaman hörməti olub və bundan sonra da olacaq. A.Paşazadənin həmin sözləri ilə razılaşmıram, amma mən bir dini liderin fikirlərini müzakirə etmək istəmirəm".

Bunu Bakupost.az -a Milli Məclisin deputatı Aqil Abbas deyib.

Onun sözlərinə görə, A.Paşazadə öz çıxışında təkcə İranın deyil, həm də Türkiyənin adını çəkib:

Qafqaz Müsəlmanları İdarəsinin sədri tək Azərbaycanın deyil, Dağıstanın, Gürcüstanın da dini lideridir. Gələcəkdə Ermənistanın da (oraya azərbaycanlılar qayıdanda) dini lideri olacaq. Necə ki, 1988-ci ilə qədər Ermənistan müsəlmanlarının da lideri idi. Mən də onun həmin fikirləri ilə razı deyiləm, çünki İran Ermənistana silah verirdi. Əgər A.Paşazadə İranla bağlı fikirlər söyləyibsə, bu, onun fikridir. O, məsələyə başqa cür yanaşıb, mən dini liderin fikirləri ilə razı olmasam da, onu müzakirə etmək istəmirəm. Çünki o, bizim dini liderimizdir. İranla bizi düşmən etməyin də heç bir adı yoxdur”.

A.Abbas Şeyxülislamın söylədiklərinə qarşı səslənən əks fikirlərin gələcəkdə İranla Azərbaycan arasında olan münasibətlərə mənfi təsir göstərməyəcəyi qənaətindədir:

“Bu, iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilməz. Dövlətlərarası münasibət başqa, şəxslər arasında olan münasibətlər başqadır. Bu fikirlərin dövlətlərarası münasibətlərlə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, A.Paşazadə “Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fitva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikri cəmiyyətdə geniş rezonans yaradıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"

Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı açıqlama

Ən çox oxunanalar