Çərşənbə axşamı, 31 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aparıcı Zaur Baxşəliyevin İlkin Süleymanovun məhkəməsində dindirilməsi istənilir

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib...

APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılan iş materialları ilə bağlı sənədlər tədqiq olunub.

Məhkəmədə aparıcı Xoşqədəm Baxşəliyevanın vaxtilə “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında Nərmin Quliyevaya həsr olunmuş reportaja baxış keçirilib.

Bundan başqa, Nərminin valideynlərinin başqa bir internet televiziyasına müsahibəsi ilə bağlı müzakirə aparılıb.

Sözügedən müsahibədə Nərminin atası Şərif Quliyev deyib ki, Nərminin meyitini özü görüb, üzdən tanıyıb. Cinayət işinin materiallarında isə üz nahiyəsinin tam yandığı və tanınmaz halda olduğu göstərilib.

İlkin Süleymanovun vəkilləri “Azad Azərbaycan” telekanalında aparıcı Zaur Baxşəliyevin proqramında Nərminin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.

Müdafiə tərəfi Zaur Baxşəliyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib: “Zaur Baxşəliyev deyib ki, Nərminin başına dəmirlə 5 zərbə vurulub. İttihamda isə daşla vurulduğu yazılıb. İlkin isə ifadəsində daşla bir zərbə vurduğunu deyir. Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev onu da deyir ki, Nərmin meyit tapılmamışdan 5 gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi”.

Hakim Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatət yazılı təqdim edildikdən sonra məhkəmənin münasibət bildiriləcəyini deyib.

Proses davam edir.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib

Öpüş səhnəsi ilə gündəm olan aktrisa danışdı

İranın zərbələr qarşısında acizliyi... - Tehranın Hava Hücumundan Müdafiə Sistemi yararsızdır?

Xalq artisti: “Oğlumu snayperlə vuran şəxs fars nümayəndəsi olub” - Video

Nazirlik daha bir ofis icarəyə götürdü - Bu dəfə 1 milyon manata...

İnstitut direktoru Sialə Rüstəmovanın qlamur həyatı - Brend şubalar, obyektlər...

İranlılara şəhidimizin tabutunu daşımağa icazə verilmədi - Video

Qırılma nöqtəsi - Azərbaycan diplomatik korpusunun İranı tamamilə tərk etməsi hansı anlama gəlir...

Pakistanda məsciddə partlayışda 61 nəfər ölüb, 150 nəfər yaralanıb -  Yenilənib

Netanyahu: “Çoxları İranın əsl üzünü gördü”

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

Ən çox oxunanalar