Türkiyənin cənubunda, Antalyanın mərkəzinə çərşənbə axşamı günü 29 il ərzində ilk dəfə qar yağıb.
Bu barədə APA "Hürriyet" qəzetinə istinadən xəbər verir.
Qeyd olunur ki, yanvarın 21-dən etibarən çovğun əsasən Türkiyənin şimal-qərbində davam edir, havanın kəskin dəyişməsindən ən çox İstanbul zərər çəkib. Çərşənbə axşamı günü sakinlərə saat 13:00-a qədər şəxsi avtomobillərdən istifadə etməyi qadağan edilib və yerli hava limanında bütün uçuşlar da bu vaxtadək dayandırılıb. Artıq Mərmərə dənizinin bir sıra ərazilərində orta hesabla 50-60 santimetrə qədər qar yağıb. Bəzi mərkəzi əyalətlərdə və ölkənin cənubunda da yağıntılar düşüb.
pia.az