Cümə, 27 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankaranın Dəməşq açılımının pərdə arxası səbəbləri…

Açılımın əsas səbəbi Suriya məsələsində Türkiyənin varlığının xərclərini və məsuliyyətini azaltmaq cəhdidir…

Fayez Sara, Suriyalı yurnalist-yazar
“Şarkul Avsat” qəzeti

İordaniya, BƏƏ, Bəhreyn, Sudan, Oman və digər ərəb ölkələri də daxil olmaqla, son bir neçə ildə şahidi olduğumuz bütün əvvəlki açılımlar və normallaşmalar kimi, Bəşər Əsəd rejiminə açılan və münasibətləri normallaşdırmağa çalışan Türkiyə də eyni yolla getməyə çalışır.

Hər iki tərəfdən yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin silsilə görüşləri ilə başlayan və xarici işlər nazirlərinin diplomatik ünsiyyəti ilə davam edən bu təmaslar Ankara ilə Dəməşq arasında münasibətlərin yenidən qurulması kontekstində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədlə görüşə biləcəyini açıqlaması ilə siyasi müstəviyə keçib.

Əsəd rejiminə açılma təcrübələrində məqsəd birliyinə baxmayaraq, bu təcrübələrin hər birinin öz səbəbləri və xüsusiyyətləri var idi. Lakin hələ başlamamış Türkiyə təcrübəsi istisna olmaqla, hamısı demək olar ki, eyni nəticəyə gəlib. Bu ölkələrin Əsəd rejimi ilə əlaqələrinin heç bir real və ciddi nəticələrinin olmayıb.

Bunun səbəbi isə bu ikisindən biridir: Birinci səbəb böyük bir hissəsi diplomatik və konsulluq əlaqələri ilə məhdudlaşan Bəhreyn Krallığı və Oman Sultanlığında olduğu kimi, müvafiq ölkə ilə Əsəd rejimi arasında məhdud münasibətlərin mahiyyətində gizlənir. Suriya vəziyyətinin reallığı bu sərhədlərə daha bir məhdudiyyət əlavə edir, bu da şəraitdən və xüsusən də Əsəd rejiminin Suriya və onun ətrafında 10 illik müharibədən sonra boğulduğu siyasi və təhlükəsizlik şərtlərindən irəli gəlir.

İkinci səbəb BƏƏ və Suriyanın cənub qonşusu İordaniyada olduğu kimi, bəzi ölkələrin Əsəd rejiminə açılmalarının inkişafına mane olan amillərlə bağlıdır. Bu amillərin ən mühümü Əsəd rejiminin siyasət və praktikalarında, xüsusən də siyasi və təhlükəsizlik məsələlərində gizlidir. Suriyanın xarabalığa çevrilməsi, maddi və inzibati imkanlarının məhv edilməsi, milyonlarla suriyalının qətlə yetirilməsi, həbsi, didərgin salınması, evsiz-eşiksiz qalması, üsyan başçılarının narkotiklərin istehsalına və ticarətinə cəlb edilməsi, qanun pozuntusunun çevriliş həddinə çatması Əsəd rejimi ilə siyasi və iqtisadi əlaqələri çətinləşdirən amillərdir. Həmçinin bura müxtəlif qruplara bölünən və müxtəlif ölkələr tərəfindən istifadə oluunun muzdlu Suriya ordularının çatdığı vəziyyəti də əlavə etmək gərəkir.

Türkiyənin başlatmaq üzrə olan Əsəd rejiminə açılma siyasəti özündən əvvəlki hər hansı bir təşəbbüsdən daha çox nəticələri əldə edəcək, yoxsa indiki şərtlərdə uğursuzluğa məhkum olacağını demək çox çətindir. Çünki məsələ söz və niyyətdə deyil, tərəflərin hansı məqsədlə bir-birlərinə yanaşmalarındadır. Türkiyə üçün onun açılmına çətinlik yaradan və çətinliklər həll olunmayınca qane edici nəticələrin qarşısını alan hər iki tərəfə aid problemlər həddindən artıq çoxdur.

Ankaranın Dəməşqə açılmaq motivləri Türkiyənin bugünkü inkişafın əsaslandığı mühitə açılmaq və bununla bağlı problemləri sıfıra endirmək strategiyası ilə bağlı deyil. Türkiyənin Səudiyyə Ərəbistanı, BƏƏ və Misirlə barışmasının məqsədi də bu idi. Yenə bu motivasiyaların arxasında təkcə ölkələr arasındakı münasibətlərin fonunda deyil, həm də Türkiyənin bu açılışdan qazanacağı qazanclar dayanır. Çünki Türkiyə Əsəd rejiminin zəifliyini, imkanlarının az olduğunu, etibarının çökdüyünü və himayədarlarından nə qədər asılı olduğunu ən yaxşı bilən ölkələrdən biridir. Bütün bunlar və Türkiyənin daxili və xarici amillərin qarışdığı ani təzyiqlər və şərtlərlə açılıma ehtiyac yaranır.

Bu təzyiq və şərtlərdən ən bariz olanı Rusiyanın Dəməşq rejimi ilə münasibətlərini normallaşdırmaq üçün Türkiyəyə təzyiq etməsidir. Bu normallaşma bir tərəfdən Moskvaya Ukraynada davam edən müharibənin kölgəsində Suriyadan qismən çıxmasına kömək edəcək, digər tərəfdən İranın Suriyaya müdaxilə və nəzarətini daha da genişləndirməsinin qarşısını alacaq.

Bir növ, Rusiyanın təzyiqi əslində Türkiyədən Suriya siyasətini dəyişməsini tələb edən daxili təzyiqlərlə üst-üstə düşür. Suriya ilə bağlı siyasətin dəyişdirilməsi tələbinin arxasında Ərdoğanın 2023-cü il seçkilərində yeni prezidentlik müddətində qələbəsini təmin etmək üçün daha çox türk seçicisinin səsini qazanmaq cəhdi də dayanır. Bu həm də uzun müddət konkret nəticə vermədən Türkiyənin Əsədə qarşı mövqeyini tarazlaşdırmaqda müxalifət partiyalarını qane etmək, Suriya məsələsində Türkiyənin varlığının xərclərini və məsuliyyətini azaltmaq cəhdidir.

Bütün bunlar Ankaranın mövqelərinin dəyişməsini tələb edir və Ankarada bəziləri hesab edir ki, açılım Suriya bazarına, oradan isə qonşu ərəb ölkələrinə doğru iqtisadi ekspansiyaya yol açacaq ki, bu da mövcud iqtisadi və dolanışıq böhranını müəyyən qədər yüngülləşdirəcək. Türkiyədə Suriya ilə əməkdalığın sosial-iqtisadi şəraitin dəyişəcəyini və bunun onlara kömək edəcəyinə inanırlar.

Açılımın arxa fonundan da göründüyü kimi, Türkiyə hökumətinin Suriya məsələsi ilə bağlı narahatçılığıının Qərbin Suriyadakı maraqları ilə heç bir əlaqəsi yoxdur. Ankaranın əsas narahatlığını iki əsas maddə əhatə edir: “Suriya Demokratik Qüvvələri” “SDQ” məsələsi və qaçqınların Suriyaya “könüllü” qayıtması…

Türkiyə qaçqınların geri qaytarılması məsələsində birtərəfli qaydada irəlilədiyi halda, sonuncu məsələ fərqli səylər və tərəflərin çoxsaylı iştirakı tələb edir. Türkiyə nüvəsini Demokratik Birlik Partiyasına (PYD) bağlı kürdlərdən təşkil edən “Suriya Demokratik Qüvvələri”ni (SDQ) “terror təşkilatı” hesab edir. Türkiyə də onları Kürdüstan Fəhlə Partiyasının (PKK) uzantısı kimi xarakterizə edilər və Ankara onların bölgədəki mövcudluğundan narahatdır. Ona görə də Türkiyə kürdləri Suriya sərhədlərinə yaxın ərazilərdən qovmağa və ya daha da uzaqlara köçürməyə çalışır. Əsəd rejiminin isə bu məsələyə təsir etmək gücü yoxdur. Təkcə yetərli çatışmazlığına görə deyil, həm də Dəməşqin müttəfiqlərinin , Rusiyaİranın ABŞ-ın “SDF”yə dəstəyinə təsir göstərə bilməməsinə görədir.

Əgər Dəməşqa açılan Türkiyə “SDF” məsələsində uğursuz olarsa və Türkiyə qaçqınların geri qayıtmasında bu açılıma ehtiyac duymasa və Əsəd rejimi digər sahələrdə də az iş görsə, onda Dəməşqin varlığı Türkiyənin Suriyanın şimal-şərqindəki varlığına yük olacaq.

Türkiyənin bu bölgədəki varlığı türk qüvvələrinin və müttəfiq silahlı qrupların mövcudluğu ilə gücləndirilir. Bu qruplar arasında qarşıdurmalara baxmayaraq, bölgədə xüsusilə Türkiyənin Suriyanın şimalındakı rolunu dəstəkləyən sosial və iqtisadi inkubator kimi görünür. Ankara içə dönük, sərt ideoloji quruluşa malik, millətçi-məzhəb ideyaları ilə yüklənmiş, İranRusiyaın əlində girov olan, öz ərazilərinə nəzarəti və hakim iradəsi olmayan bir rejimə açılmaq üçün şimaldakı varlığından imtina etməlidir. Lakin buna baxmayaraq, Əsəd rejimi də xarici güclərin köməyi ilə yaşamağa davam edir.

Ona görə də Türkiyənin Əsəd rejiminə qarşı gözlənilən açılımı, bu ümumi mənzərənin ortasında ümumi türk siyasətlərinin ehtiyaclarını qarşılayan təbii bir açılımdan daha çox, xarici təzyiq amillərinə cavab verən məhdud və mövsümi genişlənmənin olacağını söyləmək olar. Türkiyə hesab edir ki, 2023-cü il seçkilərinin nəticələrinə təsir etməkdə öz maraqlarına uyğun olaraq dostlarını sevindirməlidir. Ankara Suriyanın şimal-şərqində elan etdiyi siyasətlərini, ən azından SDQ qüvvələrini sərhədlərindən uzaqlaşdırmaq məqsədini, məhdud açılım prosesini davam etdirəcək. Türkiyənin Dəməşqə açılması ilə bağlı danışıqlar, bəlkə də Türkiyənin son hava əməliyyatını və gözlənilən quru əməliyyatını dəstəkləyəcək razılaşmalarla doldurula bilər.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş Prokurorluq Gömrük Komitəsində əməliyyat keçirib, 2 vəzifəli şəxs həbs olunub - Yenilənib

Seymur Talıbov və Röya Ayxanın ali təhsil qalmaqalı: BDU-dan gözlənilməz cavab - Yenilənib

Arvadını beşinci mərtəbədən atan şəxslə bağlı qərar  

Gömrükdən kim daha çox pul yığıb: Mehdiyev, yoxsa Bağırov?

Stokholmda Quranın yandırılması Rusiya hərbi kəşfiyyat idarəsinin əməliyyatı idi - Robert Lasting İnstitutu

Senator Qrem: Rus ordusunun “onurğasını” qıracağıq…

Rusiya raketləri üçün artıq Kiyev əlçatmaz olub...

Milli Məclisin rəhbərliyi Erkin Qədirlinin məsələsini araşdıracaq

Baş Prokurorluq: "Bakıda vəzifəli şəxs vətəndaşdan pul alarkən yaxalanıb"

“Kartofun qiyməti 2 manat 50 qəpiyə qədər bahalaşacaq” - Eyyub Hüseynov

Bakıda narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar

Ən çox oxunanalar