Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirilib - Foto

Türkiyənin paytaxtı Ankarada Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Prezident yanında Simfoniya Orkestrinin təşkilati dəstəyi ilə Türkiyə - Azərbaycan dostluq konserti keçirilib...

Oxu.Az xəbər verir ki, konsertdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Ankarada yaşayan həmvətənlərimiz və Türkiyədən olan mədəni-ictimai xadimlər iştirak edib.

Konsertdə respublikanın xalq artistləri - Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Mənsum İbrahimov və “Qarabağ” muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndirib.

Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların “Qız qalası” ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.

Sənətçilərimizin səsləndirdiyi “Azərbaycan”, “Xudayar təsnifi”, “Laçın”, birlikdə səsləndirilən “Yaşa Azərbaycan” və digər mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, konsert proqramı Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb.

Fotolar

pia.az


Etiket: konsert Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar