Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anım günündə Milli Birliyin daha bir təntənəsi

Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev savaşdan sonra yeni zəfər tarixi yazır...

27 sentyabr-Anım Gününün ikinci ildönümünü Azərbaycan vətən uğrunda şəhid olan qəhrəmanlarını hüznlə və ehtiramla yad etdi. Amma bu kədər ehtiramı həm də qürurlu idi. İkinci Qarabağ savaşının şəhid qəhrəmanları Azərbaycan tarixinda bundan sonra dünya durduqca ucalığını, möhtəşəmliyini qoruyub saxlayacaq Qələbə və Qürur abidəsi yaratdılar.

Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin Anım günündə Füzuli rayonuna səfər edərək savaşın ilk günündə azad edilən Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə ucaldılan abidə – qaya parçasını ziyarət etməsi həm də simvolik xarakter daşıyırdı. Abidə önündə çıxış edən prezident Vətən müharibəsi və ondan sonrakı dönəm üçün hər bir Azərbaycan vətəndaşının missiyasını açıq ifadə etdi.

Ali Baş Komandan kimi “Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın”- deyə ordumuzun qəhrəmanlığını ifadə edən İlham Əliyev prezident kimi də hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur:

”Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq”.

Prezidentin son Füzuli səfəri tarixi əhəmiyyəti ilə yanaşı dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi:

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı öz tarixi torpaqlarına sahib çıxacaq və yenidən bu yerlərdə həyat bərpa olunacaq. Bu gün bütün Qarabağ boyunca aparılan abadlıq quruculuq işləri ərazilərin işğaldan azad olunmasına möhtəşəm layihələrlə tarixi möhür vurulmasıdır”.

Prezidentin çıxışında hər zamankı kimi Azərbaycana və dünyaya bəyan edilən əminlik mesajı var idi. Bir daha düşmənin baş qaldırmasına, ölkəmizin suverenliyinə hər hansı bir təhdidə imkan verilməyəcəyini inamla söyləyən prezident əks halda ölkəmizin gərəkən addımları atacağını bir daha bəyan etdi. Amma dövlətimizin qüdrətinin düşmənin hər hansı cəhdinə şans tanımadığı da prezident tərəfindən ifadə olunub:

”Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

İndiki dönəmdə, Ermənustanın hərbi-siyasi xaos içində olduğu bir zamanda prezidentin Füzuli səfəri müharibənin fərqli nəticələrini də ortaya qoymuş oldu. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev qalib komandan kimi həm Anım Günündə, həm də Zəfər Günündə işğaldan azad olunmuş bölgələrdə müzəffər ordu, xalq ilə birgə görürük. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev savaşdan sonra yeni zəfər tarixi yazır.

Fəzail İBRAHİMLİ
Milli Məclisin sədr müavini

pia.az


Etiket: Anım günü


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar