Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Kərimovla Mədəniyyət Nazirliyinin bir ili... - Mədəni inkişafın problemlərinə yanaşma dəyişib?

Mənbələrimizin bildirdiyinə görə nazirlikdə korrupsiya sistemi də Əbülfəs Qarayevin zamanındakı kimi çalışmaqdadır...

Yazıçı, şair: “Anar Kərimovun fəaliyyətini qənaətbəxş hesab etmək olar, amma ürəkdən yaxşı fəaliyyət kimi qiymətləndirməkdə çətinlik çəkirəm”.

“Görünür, köhnə sistemin və ya idarəetmənin yarıtmaz fəaliyyətinin acı nəticələrindən qurtulmaq üçün illərlə vaxt lazım olacaq”.

Bu sözləri yazıçı, şair, prezident təqaüdçüsü Tural Turan Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin mədəniyyət sahəsində son bir ildə gördükləri işləri PİA.az-a şərh edərkən qeyd edib.

Əbülfəs Qarayevin korrupsiya həbslərindən sonra Mədəniyyət naziri vəzivəsindən alınmasından bir il ötür və artıq bir ildir ki, Anar Kərimov Mədəniyyət nazirliyinə rəhbərlik edir. Nazirlikdən əldə etdiyimiz məlumatlarıdan birində deyilir ki, ümumiyyətlə ötən bir il müddətində nazirliyin fəaliyyət sistemində heç bir dəyişiklik olmayıb. Sadəcə Əbülfəs Qarayevi Anar Kərimov əvəz etdiyi kimi, kiminsə yerinə kimsə vəzifəyə gətirilib. Mənbələrimizin bildirdiyinə görə nazirlikdə korrupsiya sistemi də Əbülfəs Qarayevin zamanındakı kimi çalışmaqdadır. Mədəniyyətin inkişafından isə danışmağa dəyməz.

Teatr və kino sahələrinin problemləri eyni şəkildə qalmaqdadır. Bu sahələrin inkişafı üçün hansısa yeni yanaşmanın gətirldiyini də söyləmək mümkün deyil. Musiqi sahəsində vəziyyət heç də ürəkaçan deyil. Ən əsası odur ki, gənc istedadların parlaması üçün Nazirlik heç bir şey etmir və həqiqi gənc istedadların dəstəklənməsi üçün heç bir layihə, ya da proqram həyata keçirilmir. Əgər hansısa layihlər təqdim edilirsə də, bu layihələrə istedadlı gənclər deyil, kimlərinsə qohum və yaxınları yol tapa bilirlər.

Ədəbiyyat sahəsində də eyni fikirləri səsləndirmək mümkündür. Təkcə rəssamlıq sahəsində müəyyən uğurlardan bəlkə də danışmaq olar. Lakin bu da ona görə olur ki, həmin gənclər öz əsərlərini xaricdə özləri tanıda bilirlər. Bəzi gənc musiqiçilərimiz də bu yolla özlərinə cığır açmaqdadırlar. Lakin kino və teatr sahəsində bunu demək mümkün deyil və bu sahələrdə tənəzzül sadəcə göz deşir.

Ümumiyyətlə götürdükdə isə, müstəqillik illərində Azərbaycanda mədəniyyət sahələrinin inkişafından danışmaq mümkün deyil. Demək olar ki, 21-ci əsr Azərbaycan mədəniyyətindən danışmaq üçün son 30 ildə Azərbaycanda ciddi sayılcaq bir mədəni hadisə baş verməyib. Əgər biz Azərbaycan mədəniyyətinin hansısa pik səviyyəsindən danışırıqsa, bu zaman ancaq 20 əsrin mədəni yüksəlişindən danışa bilərik. Artıq klassika olan 20-ci əsr mədəni yüksəlişi bütün sahələri əhatə etdiyi kimi, həm də bizim bir millət olaraq formalaşmamızda fövqəladə rol oynayıb. Ötən əsrin mədəni yüksəlişi həm də bizim milli kimliyimizə çevrilib. Artıq 21-ci əsrin 1/5-i arxada qalmasına baxmayaraq biz də 20-ci əsr səviyyəsində heç bir əsər yaradılmayıb.

Eyni şeylər ədəbiyyatımızla da bağlı keçərlidir. Ədəbiyyatımız 20-ci əsrlə müqayisədə hədindən artıq sönükləşib və 2000-ci illərin başlanğıcında ortaya çıxan gənc əbədi nəsil də artıq tükənib. Ciddi maddi problemlər, həmçinin naşirlərin olmaması, bazarın məhdudluğu və kitab satışının 20-ci əsrlə müqayisədə çox-çox aşağı düşməsi Azərbaycanda yazarların publisistikaya yönəlməsinə səbəb olub və etiraf etməliyik ki, bu prosesin davam etməsi Azərbaycanda ədəbi düşərgəni iflasa aparır.

Keçmiş ingilis dili müəllimi Əbülfəs Qarayevin 15 ildən artıq nazirlik dönəmi isə sözün həqiqi mənasında Azərbaycan mədəniyyətinin tənəzzül dönəmi olub. Bu dövrün yaratdığı tənəzzül hələ də Azərbaycan mədəniyyətində yaşanmaqdadır və bu tənəzzüldən inkişafa doğru yönəlmək üçün hər şeydən əvvəl mədəniyyət nazirliyi yeni yanaşma və yeni fəaliyyət sistemi ortaya qoymalıdır.

Bəs son bir ildə aparılan kadr dəyişiklikləri nəticəsində Mədəniyyət Nazirliyində hansı müsbət hallar və dəyişikliklər diqqəti cəlb edir? O cümlədən mədəni inkişafın problemlərinə yanaşma dəyişibmi?

Mövzunu PİA.az-ın əməkdaşı yazıçı, şair, prezident təqaüdçüsü Tural Turan ilə müzakirə edib.

Tural Turan: “İstedadlı gənc yazıçılara, incəsənət adamlarına yeni nazirin diqqətini görməmişəm”.

İndi istedadı olmayan gənclərə prezident təqaüdünün verildiyini, istedadlı uşaqların isə kənarda qaldığını vurğulayan gənc yazar PİA.az-a bildirib ki, nazirlik bu məsələni də diqqətdə saxlamır:

“Yeni rəhbərlik müəyyən işlər görməyə çalışır. Amma bu yetərli deyil. Görünür, köhnə sistemin və ya idarəetmənin yarıtmaz fəaliyyətinin acı nəticələrindən qurtulmaq üçün illərlə vaxt lazım olacaq. Anar Kərimovun fəaliyyətini qənaətbəxş hesab etmək olar, amma ürəkdən yaxşı fəaliyyət kimi qiymətləndirməkdə çətinlik çəkirəm.

Mən yazıçıyam və bu bir ildə onun bir dəfə də olsun gənc yazarları qəbul etdiyini eşitməmişəm. İndi gənc şair və yazıçıların çox ciddi sosial problemləri var. Dəfələrlə sosial şəbəkələrdə, mediada bunu işıqlandırmışam. Təkliflər vermişəm. Qulaqardına vurulub. Amma prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayının Şuşada keçirilməsi təklifimi çox yüksək qiymətləndirdi və qəbul etdi.

Tural Turan: “Şuşada keçirilən Vaqif Poeziya Günlərinə ölkənin aparıcı istedadlı yazarları aparılmadı və bu haqlı narazılığa səbəb oldu”.

Ümumiyyətlə, istedadlı gənc yazıçılara, incəsənət adamlarına yeni nazirin diqqətini görməmişəm. Olubsa da səthi olub. Halbuki yeni nazirdən gözləntilərim daha böyük idi. Şuşada keçirilən Vaqif Poeziya Günlərinə ölkənin aparıcı istedadlı yazarları aparılmadı və bu haqlı narazılığa səbəb oldu. Gərək bu işdə Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə koordinasiyalı şəkildə işləyəydi.

İndi istedadı olmayan gənclərə prezident təqaüdü verilir, istedadlı uşaqlar kənarda qalır. Nazirlik bu məsələni də diqqətdə saxlamır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar