Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb.

Bu barədə PİA.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, yanvarın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində mina hadisəsi baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu təhlükəli hesab edilən keçmiş təmas xətti ərazisi istiqamətində hərəkət edərkən mina partlayışı nəticəsində xəsarət alıb. Baş verən piyada əleyhinə mina partlayışı nəticəsində kənd sakininin sol ayağı dizdən aşağı amputasiya olunub.

"Agentlik tərəfindən Goranboy və müharibədən zərər çəkmiş digər rayonlarda mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti icra edilir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mina təhlükəsi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün kəndlərdə icma qrupları yaradılır. İcma qruplarının fəaliyyətinin əsas məqsədi mina təhlükəsinə dair kənd sakinlərini, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlərin təhlükəli ərazilər, partlayıcı sursatların törədə biləcəyi risklər barədə maarifləndirilməsi, İcma Komitələrinin yaradılması, rayon icra strukturları ilə əlaqələndirilməsi, son məlumatların ANAMA-da toplanılmasının təmin edilməsindən ibarətdir.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır", - məlumatda qeyd edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar