Moskva görüşündə Əliyev Paşinyanla əl-ələ görüşmədi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı Kremldə hərarətlə qarşılayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda mk.ru saytı məlumat verib. Məlumata görə, əvvəlcə Putin Əliyevlə əl sıxışıb, sonra qucaqlaşıblar. Bundan sonra Rusiya prezidenti Paşinyanı salamlayıb və onu da qucaqlayıb.

Ancaq qonaqlar bir-birləri ilə eyni şeyi etməkdən imtina ediblər. Onlar müxtəlif qapılardan ofisə daxil olublar. Putini salamladıqdan sonra Əliyev və Paşinyan Putinlə üzbəüz oval masaya əyləşiblər.

Xatırladaq ki, bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. İclas Dağlıq Qarabağdakı münaqişəyə həsr olunub.

pia.az