Tramp ABŞ-ın siyasi elitasını kompramatlarla təhdid edir - Uşaqbazlıq və ...

10-14 günə Tramp rəqiblərinin uşaq alveri və uşaqbazlıqları ilə bağlı kompramatları yayacaq...

PİA.az xəbər verir ki, Trampın vəkili maraqlı açıqlama ilə çıxış edib. Belə görünür ki, Tramp Ağ Evi tərk etdikdən sonra Vaşinqtonun siyasi elitasına ağır zərbə vurmağa qərar verib və bundan sonra da Vaşinqtonu qaynar gündəm gözləyir.

ABŞ-ın hazırkı prezidentinin vəkili belə bir məlumat yayıb ki, 10-14 gün müddətində bütün dünya ABŞ-ın dövlət xadimləri haqqında şok edici məlumatlarla tanış olacaqlar. Vəkilin yazdığına görə Tramp Ağ Evi tərk edən kimi dövlət xadimlərinin uşaq alveri və uşaqbazlığı haqqında kompramatları gün işığına çıxaracaq. Bu kompramatlar Trampa qarşı olan hər kəsi, Obamanı, Baydeni, Hillari Klintonu, Pelosini və təbii ki, ən yeni "satqın" olan vitse prezident Mayk Pensi əhatə edəcək.

"Bu xeyirlə şər arasında mübarizə olacaq", deyə vəkil əlavə edib.

pia.az