Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

“Dünən Qarabağın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində separatçıların bayrağı endirilməlidir”.

PİA.az Moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri belə bir məlumat yayıb.

Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş Amaras məbədindən gedir. Çar Rusiyaimperiyası dövründən həmin kəndə köçürülmüş ermənilər Amaras məbədini erməniləşdiriblər və nəticədə son 30 ildə həmin abidənin üzərinə separatçı-terrorçu rejimin əski parçasını asmağa adət ediblər. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirtməyə nail olsa da, separatçı erməni hərbçilər onu yenidən asıblar.

Cütçü kəndinin qanunsuz “icma rəhbəri” Lernik Avanesyan dünən Azərbaycan ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib...

"Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim" –deyə L. Avanesyan bildirib.

Zəruri şərh:

Əgər Rusiya sülhməramlı(?) generalı doğrudan da Azərbaycanın hüquqi-inzibati ərazisindəki məbədimizin üzərinə separatçı rejimin əski parçası yerinə Ermənistan bayrağını asmasını əmr edibsə, bu dövlətimizin suverenliyinə daha ciddi təhdiddir, yəni həmin ərazini Ermənistan ərazisi kimi təqdim etməkdir...

Ümid edirik ki, Azərbaycan Müdafiə Nazirliyi tezliklə məsələyə aydınlıq gətirəcək...

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərilib

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Operatoru öldürən məşhur aktyordan ilk açıqlama

Türkiyənin gündəmi olan cinayət: Gülərək qardaşının meyitini suladıqlarından danışdı - Video 

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

Ən çox oxunanalar