Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Altı yaşlı uşaq 900 dollarlıq yemək sifariş etdi

Altı yaşlı uşaq atasının telefonundan yemək sifariş etmək üçün 900 dollar xərcləyib.

Məlumata görə, ABŞ-nin Miçiqan ştatından olan balaca Meyson valideynləri işlə məşğul olarkən atasının telefonunu götürüb. Oğlunun onlayn oyun oynadığını düşünən kişi azyaşlının əyləncəsinə mane olmayıb. Lakin sonradan bütün ailə peşman olub.

Məlum olub ki, oğlan yeməklərin çatdırılması proqramına daxil olub və səbətə 900 dollarlıq məhsul əlavə edib.

Ata xatırlayır: "Bir maşının dayandığını gördüm, qapının zəngini çaldı və sürücü böyük bir çantanı qapıya atdı. Bir neçə dəqiqədən sonra başqa bir kuryer ərzaq məhsulları ilə gəldi, onun ardınca başqa bir kuryer gəldi. Telefonuma baxdım ki, yemək hazırlanır, yemək çatdırılır. Dərhal bank hesabımı yoxladım və onun boş olduğunu gördüm", - amerikalı bildirib.

Nə baş verdiyini anlayan kişi oğlu ilə danışıb və ona nə etdiyini izah edib. Atasının dediyinə görə, Meyson yaşına görə nə etdiyini tam başa düşməyib. Valideyn üçün xoşbəxtlikdən mobil tətbiq bank əməliyyatlardan birini fırıldaq kimi qeyd edib və 400 dollarlıq digər sifariş rədd edilib.

Ailənin hekayəsi yayıldıqdan sonra çatdırılma proqramı ataya pulunu qaytarmaq üçün 1000 dollarlıq promo kodu verib.

pia.az 


Etiket: Uşaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar