Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada dövlət çevtrilişinə cəhd – Həbs olunanlar arasında rus qadın da var...

Almaniyada dövlət çevrilişinə cəhddə şübhəli bilinən 20-dən çox adam saxlanılıb. Onların arasında bir rus qadın da var...

Almaniyada terror təşkilatına mənsub olmaqda və dövlət quruluşunu devirməyə hazırlaşmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb.

PİA.az xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğu məlumat yayıb.

“Bu gün səhərin erkən saatlarında federal prokurorlar Federal Ali Məhkəmənin müstəntiq hakimi tərəfindən verilən həbs orderi əsasında terror təşkilatının 22 üzvünü və onlarla əməkdaşlıq etdikləri ehtimal edilən üç nəfəri həbs ediblər”, deyə Federal Prokurorluğun məlumatında bildirilir.

İlkin məlumatlara görə saxlanılanlar arasında Rusiya vətəndaşı Vitaliya B. adlı qadın da var.

Prokurorluğun məlumatına görə, həbs edilənlər 2021-ci ilin noyabr ayının sonunda yaradılan terror təşkilatının üzvləridir. Məlumatda qeyd edilir ki, təşkilatın məqsədi “əsas xüsusiyyətləri artıq işlənib hazırlanmış dövlət forması ilə əvəz etmək” üçün Almaniyanın dövlət sistemini devirmək olub.

Prokurorluğq bildirib ki, qruplaşmanın bəzi üzvlərinin Almaniya Bundestaqına silahlı hücuma hazırlaşdığına dair şübhələr var. Şübhəlilər dövlət institutlarını və demokratik sistemi inkar edir və sui-qəsd nəzəriyyələrinin tərəfdarıdırlar.

İstintaq hesab edir ki, şübhəlilər Almaniyada keçid hökuməti qurmağı və II Dünya Müharibəsində qalib gələn ölkələrlə yeni dövlət sistemi ilə bağlı danışıqlara aparmağı planlaşdırıblar.

Saxlanılan rusiyalı qadın “sui-qəsdin lideri ilə Rusiya nümayəndələri” arasında vasitəçilik etməkdə şübhəli bilinir. Prokurorluq izah edib ki, dövlət çevrilişi hazırlamaqda şübhəli bilinənlər Rusiya rəsmiləri ilə əlaqə saxlayıb, lakin dəstək almayıblar.

Saxlanılan 25 nəfərdən başqa, daha 27 nəfərin bu planlarda iştirak etməkdə şübhəli bilinir. Bildirilib ki, hüquq-mühafizə orqanları Almaniyanın 11 vilayətində, 130 ünvanda axtarış aparır.

Rusiyanın Almaniyadakı səfirliyi rusiyalı qadının saxlanılması ilə bağlı alman tərəfdən bildiriş almadığını bildirib. TASS xəbər verir ki, diplomatik nümayəndəlik Almaniya prokurorluğuna sorğu göndərəcək və saxlanılan şəxsə konsulluq hüquqi yardım göstərməyə hazırdır.

Xatırlaadq ki, 2022-ci ilin aprelində Almaniyada dövlət çevrilişi etmək niyyətində şübhəli bilinən bir qrup “covid dissidenti” saxlanılıb. Müstəntiqlərin fikrincə, sui-qəsdçilərin planına səhiyyə nazirinin oğurlanması, terror aktları və bütün ölkənin elektrik enerjisinin kəsilməsi daxildir. Der Spiegel həmin vaxt qeyd edib ki, qrup üzvləri ordunun və polisin dəstəyinə ümid edibdilər.

Bundan başqa isə 2018-ci ilin payızında Almaniya hərbi polisi ordu daxilində bir sui-qəsdin üstünü açdıqlarını açıqlamışdı. Müstəntiqlərin fikrincə, quru qoşunlarının xüsusi təyinatlı hissəsinin hərbçiləri siyasətçilərə sui-qəsd hazırlayan neonasist qrupu yaratmışdılar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar